Icma.az
close
up
RU
Rusdilli bölmələr bağlana bilər Azərbaycanlı ailələr uzaq durmalıdırlar

Rusdilli bölmələr bağlana bilər Azərbaycanlı ailələr uzaq durmalıdırlar

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hədəf Liseyinin təsisçisi və direktoru, dosent Şamil Sadiq bildirib ki, yeni tədris ilindən etibarən rusdilli bölməyə birinci sinif şagirdlərini qəbul etməyəcək.

Onun sözlərinə görə, bu qərarın iki əsas səbəbi var. Birincisi rus bölməsi üzrə təhsilə marağın azalması, ikincisi isə liseyin ikidilli Azərbaycan-İngilis təhsil modelinə keçididir.

Maraqlıdır, doğrudanmı rus dilinə maraq azalır? 

Təhsil eksperti Elçin Əfəndi Ölkə.Az-a açıqlamasında bildirib ki, artıq Azərbaycanda son illər rus bölməsinə maraq azalır.

Onun sözlərinə görə, bu da təbii ki, şagirdlərin nəticələrinin, yəni təhsil göstəricilərinin aşağı olması ilə əlaqədardır:

"Məlum olduğu kimi, rus bölməsinə əsasən azərbaycanlı ailələr övladlarını daha çox yazdırırlar, qeydiyyata aldırırlar və uşaq da rus dilini bilmədiyi üçün və ya qismən bildiyi üçün onun təhsil göstəricilərində ciddi problemlər yaranır. Və biz ali təhsil müəssisələrinə keçirilən imtahanlarda da həm buraxılış, həm də blok imtahanlarında rus bölməsinin abituriyentlərinin nəticələrinin daha aşağı olduğunu görə bilirik.

Ümumiyyətlə, biz baxsaq, rus bölməsi nə üçün formalaşıb? Ölkədə yaşayan azsaylı xalqlar, xüsusilə rusdilli və slavyan xalqlar üçün öz ana dillərində təhsil imkanlarının yaradılması məqsədi daşıyır. Son illərdə isə bu sahədə fərqli bir tendensiya də formalaşmışdır. Məsələn, ötən illərə qədər valideynlər israrla yer olmadığı halda övladını mütləq rus bölməsinə yazdırmaqda da maraqlı idi və bu da sinifdə şagird sıxlığını daha çox edirdi. Tutaq ki, 25-30 şagird nəzərdə tutulurdusa, rus bölməsində auditoriyalarda 45-50 şagird yerləşirdi. Belə olan halda da təhsil göstəriciləri aşağı düşürdü.

İndi Şəmil Sadıq Hədəf liseyində belə bir qərar qəbul edirsə, düşünürəm ki, bu, məntiqli və doğru addımdır. Bu qərar həm də insanın öz dilinə və öz vətəninə bağlılığının bir göstəricisidir.

Azərbaycan-İngilis təhsil modelinə keçidə daha çox üstünlük verməliyik, istər özəl, istərsə də dövlət təhsil müəssisələrində. Çünki rus dilinin öyrənilməsi, Rusiyaya da haradasa sərf edən bir məqamdır. Biz dəfələrlə müşahidə etmişik ki, Rusiyadan kənarda, digər ölkələrdə də rus dili təhdid dili kimi mövcuddur. Məsələn, onlar harada rus dili varsa, ya öz vətəndaşları, ya da öz əraziləri kimi qəbul edirlər. Bu isə bir ölkə üçün təhdiddir. Biz bunu, məsələn, Qazaxıstan və Ukrayna timsalında görmüşük.

Ona görə bacardığımız qədər rus dilindən azərbaycanlı ailələr uzaq durmalıdırlar. Yalnız azsaylı millətlərdə rus bölməsinə müraciət saxlanıla bilər. Dövlət təhsil müəssisələrində isə tədricən, yəqin ki, proses gedəcək və qarşıdakı illərdə, yəqin ki, 3-4 ilə rus bölməsinə müraciətlərin sayının daha az olduğunu görəcəyik".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri