Icma.az
close
up
RU
“Rusdilli məktəblərin sayının azaldılması, həm də kifayət qədər məsuliyyət tələb edir” AÇIQLAMA

“Rusdilli məktəblərin sayının azaldılması, həm də kifayət qədər məsuliyyət tələb edir” AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan məktəblərində rusdilli bölmələrin bağlanması mövzusu yenidən gündəmdədir. Son təyyarə qəzası olayı bu mövzunu yenidən aktuallaşdırdı. Sosial şəbəkələrdə  rusdilli bölmələrin yığışdırılması məsələsi təkrar müzakirəyə çevrilib.Çoxları “Rus bölmələri nəyə lazımdır? “Bizi sevməyən ölkənin dili niyə Azərbaycanda tədris olunsun?", “Hamı öz dilində oxumalıdır” kimi fikirlər səsləndirir.
Rusdilli bölmələr ləğv olunmalıdırmı?
Mövzu ilə əlaqədar Demokrat.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov biıdirib ki,  dövlətin bu istiqamətdə görəcəyi məsələlər var:
“Hansı ki, rus dilli, ingilis dilli və.s məktəblərdə nümunəvi dövlət sənədi yekunda verilir. O sənədi verərkən onların həm də Azərbaycan dilini bilmələrinin müvafiq olaraq ciddi bir imtahan rejimi tətbiq olunmalıdır. İnsan bilməlidir ki, mən bu dövlətdə yaşayıram, bu dövlətdə vətəndaşam. Yekunda bu dili bilmirəmsə,  orta təhsil, tam orta təhsil haqqında buraxılış sənədini ala bilməyəcəm. Bu məsuliyyəti artıracaq”.
İ.Orucov  onu da vurğulayıb ki, dil məsələsində həm də ideoloji bir məsələ var:
“Eyni zamanda Azərbaycan tarixinin tədrisinin Azərbaycan dilində aparılması böyük bir ideologiyanı göstərir. Bilirik ki, rus  bölməsində oxuyanlara əslində Azərbaycan tarixi tədris olunur.  O baxımdan bütövlükdə tədris gücləndirilməlidir. Bununla bağlı bir məsələ də var ki, dövlətin təbii ki, müvafiq mövqeyinin olması həm də önəmlidir. Çünki rusdilli məktəblərinin sayının azaldılması, həm də kifayət qədər məsuliyyət tələb edir. Çünki bu gün o rus bölmələri ləğv etsək, həmin uşaqlarının aqibəti necə olacaq? Bu uşaqlar artıq o bölmələrdə tədris alıblar. Hesab edirəm ki, həm də təhsil dövlətin gələcəyi və dövlətin maraqları naminə olmalıdır. Çünki yekunda təhsilin  vəzifəsi həm də vətəndaş yetişdirməkdir. Hətta burada mütəxəssislərin bir fikiri də var ki, kim hansı dildə oxuyursa, o dildə düşünür. Hətta o düşüncədə də həqiqət payı var”.
Ekspert rusdilli məktəblərin olmasının hər zaman lehinə olduğunu deyib:
“Çünki fikirləşmişəm ki, bizim Azərbaycanın qonşuluğunda yerləşən və kifayət qədər böyük əmək bazarına malik olan xeyli sayda soydaşlarımızın yaşadığı bir ölkədə, həm də burada münasibətlərin ümumiyyətlə, gələcəkdə daha yaxşı inkişaf etməsinə naminə bu lazımdır. Amma qarşı tərəfdən, qarşı dövlətdən o münasibəti görməyəndə təbii ki, bütün məsələlərə, o əməkdaşlıqla bağlı bütün prioritet məsələləri yenindən baxmalıyıq. Əgər son günlərdə, son aylarda ümumiyyətlə bu, Rusiya dövlət tərəfindən ölkəmizə qarşı olan qeyri-adekvat münasibəti dəyişməsə, təbii ki, öz seçimlərimizdə müəyyən dəyişikliklər aparmaq məcburiyyətdə qalacağıq. Ulu Öndərin bir sözü var idi, mən Azərbaycan gəncliyini, Şekspiri ingilis dilində, Puşkini rus dilində, Nizami Gəncəvini Azərbaycan dilində oxuya biləcək gənclik kimi savadlı, bilikli, dünyagörüşlü gənclik kimi görmək istəyirəm. Yəni, mən də fikirləşirəm ki, Azərbaycanın  gənc insanları təbii ki, ilk növbədə öz dilini bilməlidir. Ona görə də bu məsələlər həm də ideoloji məsələləri, həm də dövlətçiliklə bağlı məsələlərdir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri