Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada Avro-2 standartlı benzinin istehsalına icazə verilməsi hökumət dairələrində müzakirə edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Bildirilir ki, yanacaq qıtlığının qarşısını almaq 2027-ci ilin iyulunadək Avro-2, Avro-3 və Avro-4 standartlı yanacağın istehslına icazə verilə bilər. Məqsəd bazardakı qıtlığı aradan qaldırmaqdır. Ötən il bəzi zavodların Avro-3 standartlı benzin istehsalına icazə verilib.
Rusiyada Avro-2 standartlı benzinin istehsalı və satışı 2013-cü ildə qadağan edilib. Bu standarta qayıtmaqda məqsəd istehsalı ucuz başa gələn, dərin emal tələb etməyən məhsulu bazara çıxarmaqdır. Lakin, mühəndislər indidən xəbərdar edirlər ki, Avro-2 standartlı yanacaq nüasir avtomobilləri sıradan çıxaracaq.
Bəzi teleqram kanalları iddia edir ki, bir neçə şəhəri çıxmaq şərti ilə ölkədə satılan yanacaq faktiuki olaraq Avro-2-yə uyğundur. Yeni mümkün qərar sadəcə olaraq faktı qanuniləşdirəcək.
Qeyd edək ki, rusdilli forumlarda yanacağın qıtlğı ilə yanaşı, keyfiyyəti ilə bağlı şikayətlər də artıb.
Vüqar
Baxış sayı:143
Bu xəbər 02 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















