Icma.az
close
up
RU
Rusiya 2023 cü ildə çökəcəkdi: bu iki addımla xilas oldu Fransız politoloqla müsahibə

Rusiya 2023 cü ildə çökəcəkdi: bu iki addımla xilas oldu Fransız politoloqla müsahibə

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Globalinfo.az Avropa gündəminin aktual mövzuları ilə bağlı fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) ilə müsahibəni təqdim edir:

– Cənab Quen, Fransadakı siyasi proseslər vəziyyəti necə dəyişəcək? “Hər şeyi blokla-10 sentyabr” aksiyaları öz məqsədinə çatacaqmı?

– Bu hərəkat heç nəyə nail olmadı. Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün ölkədə 175 min, onun təşkilatçılarının verdiyi məlumata görə, isə 250 min nümayişçi burada iştirak edib. 68,5 milyon əhalisi olan ölkə üçün bu, uğursuzluq sayılır. Təşkilatçıların Teleqram kanallarındakı əhval-ruhiyyəsi məyusedici idi. İstənilən halda, bu hərəkat uğursuzluğa məhkum idi: burada əvvəlcə sağçı libertarlar iştirak edirdi, sonra ultra solçular da qatıldı və hər iki tərəf bir-birinə nifrət edir.

– Fransada kütləvi iğtişaşlar ənənəvi hala çevrilib. Etirazların kökündə sosial-iqtisadi vəziyyət dayanır. İqtisadi çətinliklərlə Rusiyaya tətbiq edilən sanksiyaların yaratdığı təsirlər arasında bağlantı varmı?

– Son beş il ərzində 1968 və 2006-cı illərin nümayiş və tətilləri ilə müqayisə oluna biləcək heç nə baş verməyib. Rusiyaya qarşı sanksiyalarla bağlı yeganə iqtisadi çətinlik 2022-2023-cü illərdə inflyasiyanın yüksəlməsi (COVİD pandemiyası zamanı artmağa başladı) ilə bağlı idi. Lakin indi illik inflyasiya 0,9% səviyyəsindədir. Fransa 2021-2024-cü illər arasında bütün Avropada ikinci ən aşağı  inflyasiyaya sahib ölkə idi, ən aşağı inflyasiya isə Finlandiyada idi.

– Macarıstan xarici işlər naziri deyib ki, Rusiyaya qarşı sanksiyaların səmərəsiz olduğunu artıq anlamaq lazımdır. Bununla özlərinə zərər vurduqlarını və Avropa üçün bu sanksiyaların “öz ayağını kəsmək” demək olduğunu bildirib. Avropanın Ukrayna müharibəsində Rusiyaya təzyiq aləti sanksiyalar idi. İndi necə olacaq?

– Rusiyada kömür sektoru çökməkdədir. O, 2023-cü ildə 374,7 milyard rubl (4 milyard avro) mənfəət əldə etdiyi halda, 2024-cü ildə 112,6 milyard rubl (1,2 milyard avro) zərər çəkib. Rusiya Energetika Nazirliyinin məlumatına görə, 27 kömür şirkəti 2025-ci ilin mart ayında iflasa uğramaqdan xilas olub. 2023-cü ildə Rusiya kömürün tonunu 400 avroya satırdı, indi bu, 90 avrodan aşağıdır. Rusiyada almaza qarşı sanksiyalar bu sektora zərbə vurdu. Qiymətlər baxımından Rusiyanın almaz ixracı keçən il 28,6% azalıb. 2025-ci ilin iyul ayında Rusiyanın neft və qaz gəlirləri 2024-cü ilin iyul ayı ilə müqayisədə demək olar ki, 30% azalıb.

Avropa Mərkəzi Bankının əsas faiz dərəcəsi bu gün 2% təşkil edir (2024-cü ildə 4%), Rusiyada bu rəqəm 18%-dir. Əsas faiz dərəcəsinin 18% olması o deməkdir ki, şirkətlər 20%-dən yuxarı faizlə borc götürürlər. Bu dayanıqlı deyil. İstehlakçıların vəziyyətinin mühüm göstəricisi, bütün dünyada olduğu kimi, avtomobillərin satışıdır. Bununla belə, Rusiyada onlar 2025-ci ilin martında 2024-cü ilin mart ayı ilə müqayisədə 45% az olub.

Maksim Quen

Rusiya sanksiyaların təsirlərinin yumşalmasına necə nail olur? Bu məhdudiyyətlərə qarşı davamlılığını necə qoruyub saxlayır?

Rusiya 2022 və ya 2023-cü illərdə öz Milli Sərvət Fondunu boşaltmaqla və Çinlə ticarətini intensivləşdirməklə tamamilə çökməkdən xilas oldu. Lakin fond 2025-ci ilin dekabrında əksər likvid aktivlərindən məhrum olacaq. Rusiyanın rəsmi statistikasına görə, likvid aktivlər 2023-cü ilin yanvarında fondun 58,8%-ni, 2024-cü ilin yanvarında 41,9%-ni, 2025-ci ilin yanvarında isə cəmi 32,1%-ni təşkil edib. Digər səbəblərlə yanaşı, minimum əmək haqqının 205 avro olduğu ölkədə aylıq 2000-4000 avro arasında əməkhaqqı alan rusiyalı könüllülərə də Fonddan ödəniş edildiyi üçün bu proses sürətlənir.

Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 2024-cü ildə 46,4% azalıb. ABŞ və Avropanın ikinci dərəcəli sanksiyaları səbəbindən Çin bankları həmin il ərzində Rusiyadakı mövcudluğunu kəskin şəkildə azaldıb. 2025-ci ilin yanvar-iyul aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilin həmin dövrü ilə müqayisədə 8,1% az olub.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri