Icma.az
close
up
RU
Rusiya 30 günlük atəşkəslə razılaşdı REAKSİYA

Rusiya 30 günlük atəşkəslə razılaşdı REAKSİYA

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Putinin Trampın təklifini qəbul etməsi sülhdən imtina edən tərəfə çevrilməmək və ABŞ-nin öncədən xəbərdarlıq etdiyi təzyiqlərlə üzləşməmək məqsədi daşıyır



Ötən gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ rəhbəri Donald Tramp arasında telefon danışığı baş tutub. Telefon danışığında müharibə tərəflərinin enerji infrastrukturlarına zərbələri qarşılıqlı olaraq müvəqqəti dayandırması ilə bağlı razılıq əldə olunub. Prezidentlər qaldırılan bütün məsələlərlə bağlı təmasları davam etdirmək barədə razılığa gəliblər. Lakin liderlərin telefon danışığından sonra Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturuna 150 dronla zərbələr endirib. ABŞ Prezidenti D.Tramp rusiyalı həmkarı Putinlə telefon danışığını şərh edib. Tramp deyib ki, Putinlə telefon danışığı çox yaxşı və məhsuldar olub: "Biz bütün enerji və infrastrukturda dərhal atəşkəsə razılaşdıq. Həmçinin tam atəşkəs əldə etmək və nəticədə Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəyə son vermək üçün sürətlə çalışacağıq. Mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı! Sülh müqaviləsinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin həlak olması müzakirə edildi. Həm Prezident Putin, həm də Prezident Zelenski bunun sona çatmasını istəyirlər. Bu proses artıq tam qüvvədədir. Ümid edirəm, biz insanlıq naminə öz işimizi görə biləcəyik!”. 

Ukrayna Arezidenti Volodimir Zelenski də Putin-Tramp danışığına reaksiya verib. Zelenski bildirib ki, danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır: "Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Yəni bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini verdilər". Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb. Baxmayaraq ki, Ukraynanın təklifi enerji obyektlərinə silsilə zərbələrin dayandırılması ilə bağlı idi: "İndi qaldırılan yeganə sual enerji sektoruna zərbə vurmamaqdır. Hələlik əlavə məlumatım yoxdur. Düşünürəm ki, rusların amerikalılara nə təklif etdiyini və ya amerikalıların ruslara nə təklif etdiyinin təfərrüatını bilsək, düzgün olardı". O vurğulayıb ki, Amerika tərəfi Ukrayna ilə razılaşmalara hörmətlə yanaşaraq, Ciddədə Ukrayna ilə müzakirə olunan təklifləri irəli sürüb. Zelenski əlavə edib ki, ərazi güzəştləri məsələsi gələcək danışıqların ən həssas və mürəkkəb məqamlarından biri olacaq: “Müvəqqəti işğal altındakı ərazilərimizin Rusiyanın tərkib hissəsi hesab olunması bizim üçün “qırmızı xətt”dir. Biz buna getməyəcəyik”. Rusiya Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib ki, Rusiya və ABŞ prezidentlərinin telefon danışığı dialoq sülhün başlanğıcı ola bilər: “Son bir aydan bir qədər çox müddət ərzində baş tutan ikinci telefon danışığının yekunlarını, şişirtmədən demək olar ki, bütün dünya gözləyirdi. Danışıq təxminən 2,5 saat davam etdi. 148 dəqiqəlik effektiv diplomatiya - bu, Rusiya milli maraqlarına riayət edilməklə sülhə doğru bir başlanğıc ola bilər". Onun sözlərinə görə, mövcud koordinat sistemində Ukrayna münaqişəsinin həlli istiqamətində əhəmiyyətli bir addım atılıb: “Vladimir Putin Moskvanın sülh danışıqlarına hazır olduğunu təsdiqləyib, enerji infrastrukturuna qarşı hücumlardan 30 gün müddətinə qarşılıqlı imtina ideyasını dəstəkləyib və artıq orduya bununla bağlı göstəriş verib. Atəşkəsin mümkün nəzarət mexanizmləri və Kiyev rejiminin qeyri-müqavilə qabiliyyəti ilə bağlı ciddi risklər tam şəkildə müəyyən edilib”.


 Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Tramp Putinə müəyyən vədlər verib. Ekspertə görə, Rusiyanın şərtlərinin qəbul edilib-edilmədiyi, yaxud nə qədərinin qəbul ediləcəyini isə proseslərin inkişafı göstərəcək: 


"İndiki halda Putinin 30 günlük atəşkəs təklifini qəbul etməsi sülhdən imtina edən tərəfə çevrilməmək və ABŞ-nin öncədən xəbərdarlıq etdiyi təzyiqlərlə üzləşməmək məqsədi daşıyır. Lakin 30 günlük atəşkəsə davamlı şəkildə əməl ediləcəyi sual altındadır. Çünki Ukraynanın sülh danışıqlarının başlanmasına qədər əlini gücləndirmək istiqamətində hərəkət edəcəyi, Rusiyanın da Kiyevi “atəşkəsi pozan tərəf” kimi göstərmək üçün hücumları davam etdirəcəyi gözləntisi var. 

Ukrayna ordusunun Belqorod istiqamətindəki hücumu bu kontekstdə təsiredici amildir. Rusiya Belqorodda nəzarəti yenidən bərpa etmək üçün Ukraynanın dərinliklərinə zərbələr endirəcək, Kiyev də adekvat cavab tədbirlərinə əl atacaq".


Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Tramp-Putin telefon danışığı uğursuz nəticələnib: 


"Sadəcə, 175 Ukrayna məhbusu dəyişdiriləcək. Enerji infrastrukturuna zərbələr dayandırıla bilər. Çünki Ukrayna Rusiyanın neft emalı zavodlarına uğurlu hücumlar edirdi. Ona görə də Putin enerji infrastrukturunun qarşılıqlı vurulmaması şərtini qəbul etdi. Putinin şərtləri atəşkəsə "yox" deməkdir. ABŞ Prezidenti Donald Tramp həmkarı Putini atəşkəsə razı salmaq üçün Kurskda Ukrayna ordusuna dəstəyi kəsərək, məğlubiyyətinə şərait yaratdı. Həmçinin, F16 elektron sistemini söndürdü. Rusiya prezidenti ucuz sövdələşməyə getmir və Ukraynanı bütövlükdə istəyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri