Türkiyədən atəşkəslə bağlı ilk REAKSİYA
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyə Respublikası Xarici İşlər Nazirliyi bölgədə artan gərginlikdən sonra tərəflər arasında əldə edilən müvəqqəti atəşkəs razılaşması ilə bağlı rəsmi açıqlama yayıb.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, paylaşılan bəyanatda atəşkəs istiqamətində atılan addımın əhəmiyyəti vurğulanaraq, "Regiondakı müharibədə elan edilən müvəqqəti atəşkəs qərarını alqışlayırıq" deyilir.
"Regiondakı müharibədə müvəqqəti atəşkəs elan etmək qərarını alqışlayırıq. Müvəqqəti atəşkəsin yerində tam şəkildə tətbiq edilməli olduğunu vurğulayırıq və bütün tərəflərin razılaşmaya əməl edəcəyinə ümid edirik. Davamlı sülhə gedən yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad yolu ilə mümkündür. İslamabadda keçiriləcək danışıqların uğurla başa çatması üçün bütün mümkün dəstəyi göstərməyə davam edəcəyik. Qardaş Pakistanımızı bu prosesdə üzərinə götürdüyü rola görə təbrik edirik və sülhə töhfə verən bütün təşəbbüslərin davam etməsini arzulayırıq" .
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Aprel 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















