Icma.az
close
up
RU
Rusiya 3+3 platforması ilə Cənubi Qafqazdakı təsirini qorumağa çalışır Deputat

Rusiya 3+3 platforması ilə Cənubi Qafqazdakı təsirini qorumağa çalışır Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

""3+3" regional əməkdaşlıq platformasının bu günə qədər üç görüşü keçirilib və bu görüşlər Rusiya, İran və Türkiyə ərazisində baş tutub. Sonuncu görüş Türkiyədə təşkil olunub. Platformanın digər iştirakçıları isə Azərbaycan, Ermənistan və Gürcüstandır. Gürcüstanın bu prosesdə fəallığı isə Rusiya amilinə görə nisbətən məhdud olub və ölkə platformada daha çox kənarda qalıb. Lakin, "3+3" platforması hələ də aktiv şəkildə fəaliyyət göstərir və burada siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika məsələləri və regional təhlükəsizlik kimi sahələrdə kommunikasiyalar mövcuddur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Rusiya Xarici İşlər Nazirliyinin "3+3" formatında keçiriləcək görüşün Azərbaycan və Ermənistan ərazisində keçirilməsinə dair etdiyi təklifdən danışarkən bildirdi.

Onun sözlərinə görə, hazırda diqqət "3+3" platformasının gələcək görüşlərinin hansı ölkələrdə keçirilməsi məsələsinə yönəlir:

"Rusiya bu məsələdə təşəbbüs göstərərək, 2025 və 2026-cı illərdəki iki görüşün məhz Azərbaycan və Ermənistan ərazisində baş tutmasını təklif edir. Bununla Rusiyanın məqsədi, həmçinin özünün regional proseslərdə iştirakını təmin etməkdir. Gürcüstanın bu prosesdən kənarda qalması, xüsusilə də Rusiya ilə bağlı narahatlıqları nəzərə alaraq, bu məsələnin müzakirə predmetidir. Rusiya Cənubi Qafqaz regionunda təsirini qoruyub saxlamaq üçün "3+3" platformasını önə çıxarır. Bu platforma iqtisadi və siyasi əməkdaşlıq, regional təhlükəsizlik və enerji məsələlərini əhatə edən bir əməkdaşlıq modelidir və Qərbin, xüsusilə ABŞ, Avropa Birliyi və Çinin təsirinin minimal olduğu bir formatdır. Bu, Rusiyanın bölgədəki mövqeyini gücləndirmək və öz maraqlarını qorumaq üçün mühüm bir təşəbbüsdür. Qərbin bu platformada iştirak etməməsi, Rusiyanın bu cür təşəbbüslərlə regionda daha çox söz sahibi olmasına imkan verir. Rusiya tərəfi, xüsusilə də Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etməklə, Cənubi Qafqazdakı proseslərdə daha çox nüfuz qazanmağa çalışır".

Deputat qeyd etdi ki, platformanın yaradılması təşəbbüsü əsasən Azərbaycan və Türkiyənin ideyası olub və bu ölkələrin maraqları da bu platformanın işlək vəziyyətdə saxlanılmasında böyük rol oynayır.

"Bu platformanın fəaliyyətində Azərbaycan, Ermənistan və Türkiyənin milli maraqları ön planda olmalıdır. Hər hansı bir qərarın qəbul edilməsi üçün, məsələn, gələcək görüşlərin harada keçiriləcəyi barədə yekdil razılıq əldə olunmalıdır. Bununla yanaşı, Rusiyanın məqsədi Türkiyəni prosesdən kənarda saxlamaq deyil, sadəcə olaraq Cənubi Qafqazdakı proseslərə öz təsirini artırmaqdır. Hər hansı bir qərarın qəbul edilməsi üçün, Azərbaycan rəsmi olaraq digər iştirakçı ölkələrlə danışıqlar aparmalı və bu danışıqlar nəticəsində "3+3" platformasının maraqlarına uyğun qərar qəbul edilməlidir. Azərbaycanın milli maraqları hər şeydən üstün olmalıdır və bu platformada ölkənin maraqlarına zidd hər hansı bir vəziyyətə yol verilməməlidir. Bu məsələyə aid daha aydınlığa gətirilməsi üçün yaxın vaxtlarda "3+3" platformasına üzv olan ölkələrin xarici işlər nazirləri səviyyəsində müzakirələr aparılması gözlənilir", - deyə Azər Allahverənov bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Noyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri