Rusiya: ABŞ ın tarif siyasəti bütün qaydaları pozur
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın tarif siyasətinin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) əsas qaydalarını pozduğunu söyləyərək, "Bu, Vaşinqtonun artıq beynəlxalq ticarət qanunlarına riayət etmək istəmədiyini göstərir" dedi.
Turkustan.az xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
ABŞ-ın tarif siyasətini qiymətləndirən Zaxarova, "ABŞ-ın tariflərlə bağlı verdiyi qərarlar Dünya Ticarət Təşkilatının əsas qaydalarını pozur. Bu, Vaşinqtonun artıq beynəlxalq ticarət qanunlarına riayət etmək istəmədiyini göstərir. ABŞ təktərəfli tarif proteksionizminə üstünlük verdi"-deyə, bildirib.
Mətbuat katibi Zaxarova ABŞ və Çin arasında "tarif" müharibəsinə toxunaraq, "Qlobal iqtisadiyyatın artım tempinin yavaşlamasına və istehlakın azalmasına səbəb olan hər hansı bir amil bir çox qlobal proseslərə mənfi təsir göstərir. Dünyanın iki ən böyük iqtisadiyyatına gəlincə, vəziyyət daha da pisləşir"-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Aprel 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















