Rusiya nümayəndə heyəti İstanbulda ABŞ la danışıqların keçiriləcəyi yerə gəlib
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
“Hazırda onlarla jurnalist iqamətgahın yaxınlığında toplaşıb. Danışıqlar mətbuata qapalı formatda keçiriləcək. Nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb”, - deyə görüşün keçiriləcəyi məkanda olan mətbuat nümayəndəsi qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun daha əvvəl qeyd etdiyi kimi, “yüksək səviyyəli diplomatlar və ekspertlər görüşərək sistem problemlərini araşdıracaqlar”.
Plana əsasən, nümayəndə heyətlərinin danışıqları yerli vaxtla saat 10:00-da başlayıb.
Görüşdən sonra Rusiya tərəfi iki ölkənin səfirliklərinin normal fəaliyyətə qaytarılması məsələsinin həllində ABŞ-la irəliləyişin nə qədər tez və effektiv şəkildə mümkün olacağını başa düşəcəyini gözləyir.
Görüşdən əvvəl Moskva və Vaşinqton arasında bu mövzuda iki ilkin texniki təmas olub.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 27 Fevral 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















