Icma.az
close
up
RU
RUSİYA ABŞ MÜNASİBƏTLƏRİ DAĞILIR, YOXSA...? Kreml bir, XİN başqa bir şey deyir

RUSİYA ABŞ MÜNASİBƏTLƏRİ DAĞILIR, YOXSA...? Kreml bir, XİN başqa bir şey deyir

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyanın yüksək rütbəli rəsmiləri son günlər Vaşinqtonla münasibətlərin vəziyyəti ilə bağlı ziddiyyətli açıqlamalar verirlər. Belə ki, Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov dünən bəyan edib ki, “Rusiya-Amerika münasibətlərinin binası dağılır” və Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən yaranan “Ankoric impulsu” “böyük dərəcədə tükənib”.

Lakin Vladimir Putinə daha yaxın şəxs sayılan Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov tamamilə başqa fikirdədir. 

“AzPolitika” xəbər verir ki, oktyabrın 9-da Yuri Uşakov ABŞ-Rusiya münasibətlərinin fiaskoya uğradığı barədə iddiaların “tamamilə yanlış” olduğunu bəyan edərək, iki administrasiya arasında əlaqələrin Ankoricdə əldə edilmiş razılaşmalar əsasında “müntəzəm olaraq həyata keçirildiyini” vurğulayıb.

Oktyabrın 8-də Ryabkov münasibətlərdəki böhrana görə məsuliyyəti ABŞ-nin üzərinə atıb və bunu “avropalıların dağıdıcı fəaliyyəti” ilə izah edib. O, həmçinin xəbərdarlıq edib ki, Amerikanın “Tomaqavk” raketlərinin Ukraynaya mümkün tədarükü “ciddi eskalasiya addımı” olacaq.


Ancaq bir gün sonra Uşakov bəyan edir ki, Ankoricdə əldə olunan razılaşmalar “çoxlarının bundan məyus olmasına baxmayaraq, işləyir”: “Xüsusən də, bu razılaşmalar və anlaşmalar əsasında biz amerikalı tərəfdaşlarımızla əlaqələri davam etdiririk və davam etdirəcəyik”.

Bu ziddiyyətli bəyanatlar Ukraynadakı müharibənin həlli üzrə danışıqların dalana dirəndiyi bir vaxtda verilir. Sülhməramlı səylər çərçivəsində Tramp əvvəllər sanksiyaların ləğvini, Krımın Rusiya ərazisi kimi tanınmasını və Arktikadakı layihələr də daxil olmaqla iqtisadi əməkdaşlığın bərpasını təklif etmişdi. Bununla belə, Putin təkid edib ki, Kiyev Donbasın nəzarətində olan qalan ərazilərini versin,öz ərazisində Qərb sülhməramlılarını yerləşdirməkdən imtina etsin və ordusunu ixtisar etsin.

Beləliklə, Putin və Trampın Alyaskadakı görüşü müharibənin sonunu yaxınlaşdırmadı. Əksinə, danışıqlardan sonra Rusiya Ukraynanın mülki infrastrukturuna hücumlarını gücləndirdi.

“Financial Times”-ın yazdığına görə isə məhz Alyaska sammitindən sonra irəliləyişin olmaması Ağ Evi Ukrayna siyasətinə yenidən baxmağa məcbur edib. ABŞ sonradan Kiyevi Rusiyanın enerji obyektlərinə hücumlar üçün kəşfiyyat məlumatları ilə təmin etdi və bu, bir neçə iri neftayırma zavodunun bağlanmasına, bir sıra regionlarda yanacaq çatışmazlığına səbəb oldu. Vaşinqton, həmçinin Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin verilməsini müzakirə etməyə başladı.

Bütün bunların fonunda Rusiya rəsmilərinin ziddiyyətli bəyanatlar verməsi, Kremldə ABŞ ilə münasibətlərdə qeyri-müəyyənliyin, çaşqınlığın hökm sürdüyündən xəbər verir.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri