Rusiya: ABŞnin təhlükəsizliyi gücləndirmək cəhdlərini nəzərə alacağıq
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Rusiya hərbi planlamasında ABŞ-ın Qrenlandiya hesabına milli təhlükəsizliyi təmin etmək cəhdlərini nəzərə alacaq".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatını şərh edən Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin deyib.
Onun sözlərinə görə, Rusiya Arktikada sabitliyin möhkəmləndirilməsinin tərəfdarıdır. Bu, Arktika dövlətləri üçün bərabər beynəlxalq təhlükəsizliyin qurulması nəticəsində mümkündür:
"Qrenlandiyanın taleyi ilə bağlı məsələ qrenlandiyalıların öz iradəsi əsasında Danimarkanın mövcud qanunvericiliyi çərçivəsində və kənar müdaxilə olmadan həll edilməlidir".
Qeyd edək ki, Tramp Qrenlandiyanın milli təhlükəsizliyi təmin etmək, Çin və Rusiya təhdidlərindən qorunmaq üçün ABŞ-nin bir hissəsi olmasının vacibliyini bildirib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 09 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















