Icma.az
close
up
RU
Rusiya aktivləri Avropada gərginlik yaradıb

Rusiya aktivləri Avropada gərginlik yaradıb

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı ilə Belçika arasında Rusiya aktivlərinin müsadirəsi məsələsi ciddi gərginliyə səbəb olub. AzPost-un Politico-ya istinadən məlumatına görə, Brüssel Belçikanın mövqeyinə görə ittifaq daxilində kənarda qala biləcəyi ilə bağlı xəbərdarlıq alıb.

Xəbərdə bildirilir ki, Belçikanın Baş naziri Bart de Vever Aİ-nin Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərini müsadirə etmək cəhdlərinə veto qoyub. Məhz bu “müqavimət” səbəbindən Avropa İttifaqı diplomatik kanallar vasitəsilə Belçikanı razı salmaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Politico yazır ki, Aİ rəsmiləri Belçikanın bütün tələblərini araşdıraraq kompromis variant tapmağa çalışırlar. Diplomatik mənbə qeyd edir ki, “hələ də manevr üçün yer var” və məqsəd Belçikanın mövqeyinə maksimum yaxınlaşmaqdır.

Bununla belə, mənbələr bildirir ki, əgər Baş nazir de Vever Rusiya aktivlərinin müsadirəsini bloklamaqda davam etsə, o zaman Aİ daxilində çətin vəziyyətə düşəcək. Məqalədə qeyd olunur ki, Belçika uzun illər Avropa İttifaqının ən inteqrasiyaçı ölkələrindən biri olub və bu, onun üçün xüsusilə narahatedici nəticələr yarada bilər.

Politico-nun əldə etdiyi məlumatlara görə, Aİ rəsmiləri Belçikanın liderinin fikirlərinə məhəl qoymamaq, onun zənglərinə cavab verməmək və siyasi cəhətdən onu təcrid etmək variantını da nəzərdən keçirir. Bu addım Macarıstanın baş naziri Viktor Orbanla bağlı tətbiq olunan yanaşmanı xatırladır.

Nəşr qeyd edir ki, belə vəziyyət Belçikanın, “Aİ layihəsinin mərkəzində olan ölkənin”, ciddi diplomatik təzyiq altında qalmasına səbəb ola bilər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri