Icma.az
close
up
RU
Bild: Trampın sözləri Avropada təşviş yaradıb

Bild: Trampın sözləri Avropada təşviş yaradıb

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları Avropada ciddi narahatlıq yaradıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, Almaniya kansleri Olaf Şoltsun mətbuata xüsusi bəyanatla çıxış etmək və ABŞ-a sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməsinin zəruriliyini açıq şəkildə xatırlatmaq qərarı məhz bu səbəbdəndir. Almaniya hökumətinin başçısı Danimarkanın baş naziri Mette Frederiksen və NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Bild yazır ki, kansler Trampın bəyanatlarını Fransa prezidenti Emmanuel Makronla SMS vasitəsilə müzakirə edib.

Çərşənbə günü səhər Şolts bildirib ki, Avropa ölkələrinin liderləri Trampın son bəyanatlarına anlaşılmazlıqla reaksiya veriblər. Almaniya hökuməti başçısının sözlərinə görə, “sərhədlərin toxunulmazlığı prinsipi bütün ölkələrə aiddir”.

O, həmçinin bildirib ki, bir çox kanadalılar öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olması fikrini müdafiə edirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu “Rusiya və Çin gəmilərindən” gələn xarici təhlükələrdən qoruyacaq.

Fransa Prezidenti Emmanuel Makron isə hesab edir ki, Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarından sonra Avropa ölkələri ayılmalı, təhlükəsizlik və rəqabət qabiliyyətini daha da fəal şəkildə gücləndirməlidir.

Bu barədəFransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.

Trampın sözlərini şərh edən Barro deyib ki, bütün bunlar dünyanın “gücün hökm etdiyi” dövrə qədəm qoyduğunu göstərir.

Onun sözlərinə görə, məhz buna görə Fransa son 7 ildə Avropanın müdafiə, ticarət və rəqabətqabiliyyətlilik sahələrində güclənməsini fəal şəkildə təşviq edir.

Çərşənbə axşamı Florida ştatında, Mar-a-Laqodakı malikanəsində jurnalistlərə danışan Tramp Panama kanalı və Qrenlandiya problemlərini həll etmək üçün gücə və ya iqtisadi məcburiyyətə əl atmayacağına zəmanət verməkdən imtina edib. Əvvəllər o, ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməli olduğunu bəyan edib, həmçinin Danimarkanın tərkibində muxtariyyəti olan Qrenlandiyanın ABŞ-a birləşdirilməsindən danışıb.

Zaur, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Yanvar 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see284

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see266

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see264

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see258

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see251

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see239

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see229

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see228

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see228

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see227

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see225

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see220

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see214

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see212

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see211

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see208

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see202

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see194

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see181

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri