Rusiya aktivləri ilə bağlı qərar il sonuna qədər qəbul edilə bilər
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) liderləri Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya maliyyə dəstəyinin göstərilməsi məsələsində razılığa gəlib ki, bu da cari ilin sonuna qədər müvafiq qərarın qəbul ediləcəyinə ümid verir.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Aİ nümayəndəsi Brüsseldə Aİ Şurasının iclası çərçivəsində jurnalistlərə bildirib.
"Aydındır ki, liderlərin Ukraynaya maliyyə dəstəyini davam etdirmək üçün çox az seçimi var. Buna görə də onlar bu variantı seçməyə meyillidirlər. Bu məqsədlə hüquqi mexanizm hazırlanmalıdır, bunun üçün mandat Avropa Komissiyasına veriləcək", - rəsmi nümayəndə bildirib.
Belçikanın kollektiv iştirak tələbini şərh edən nümayəndə aktivlərin böyük hissəsinin burada olduğunu və digər ölkələrin iştirakının bu vəziyyətdə çox az şeyi dəyişəcəyini söyləyib.
Aİ nümayəndəsi bildirib ki, növbəti sanksiyalar paketinin ilk dəfə yekdilliklə və birinci cəhddə qəbul edilməsi olduqca müsbət faktdır və bu qərara bir sıra amillər təsir göstərib. Lakin o, bu qərarın ABŞ tərəfindən sanksiyaların tətbiqindən sonra mümkün olub-olmadığı barədə "Report"un dəqiqləşdirici sualına cavab olaraq etiraf edib ki, okeanın o tayından belə bir dəstək və Rusiya neftinin tədarükünə bütün tərəfdaşların birgə sanksiyaları əhəmiyyətli amil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















