Icma.az
close
up
RU
Rusiya aktivləri ilə bağlı daha sərt qərar verilə bilər

Rusiya aktivləri ilə bağlı daha sərt qərar verilə bilər

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rusiya artıq dördüncü ildir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır. ABŞ prezidenti Donald Tramp problemi diplomatik yolla həll etməyə çalışsa da, Avropa Rusiyanın dondurulmuş 260 milyard avrodan çox aktivini saxlayır ki, bu da ciddi "kozır" ola bilər.
Reyting.az
xəbər verir ki, Brüssel bu aktivlərin faizindən Kiyevə kömək üçün istifadə edir. Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski və tərəfdarları həm Avropada, həm də onun hüdudlarından kənarda mübahisə predmetinə çevrilən aktivlərin tamamilə müsadirə olunmasını istəyirlər.
Aktivlər ilkin olaraq suveren istiqrazlar şəklində olsa da, indi onlar, əsasən pul vəsaitləridir və ya qiymətli kağızlara yenidən investisiya edilib. Aktivlər müxtəlif Qərb yurisdiksiyalarına səpələnib və bir neçə klirinq mərkəzi tərəfindən idarə olunur.
Təxminən 300 milyard avro olan bu vəsaitlərin böyük hissəsi Avropadadır. Təxminən 190 milyon avro Belçikanın Euroclear klirinq evinə, 20 milyard avroya qədər isə onun fransız rəqibi Clearstream-ə məxsusdur.
Bu, sanksiya koalisiyası tərəfindən dondurulan 2000-ə yaxın rusiyalıya məxsus 70 milyard avroluq şəxsi aktivlərin kiçik olduğuna işarə edir.
Nəzəri olaraq, Rusiya aktivlərinə sahib olan hər bir ölkə onları müsadirə edib Ukrayna üçün fonda köçürmək qərarına gələ bilər. Daha sonra yüksək gəlir əldə etmək və Kiyevi dəstəkləmək üçün vəsaitlərin daha aqressiv şəkildə yatırılması mümkündür.
Qeyd edək ki, Belçika Euroclear-ın Rusiya aktivlərindən əldə etdiyi “gözdən düşməyən” mənfəətdən, o cümlədən səhmlər üzrə faiz və dividendlərdən 25 faiz vergi alır və əldə olunan gəlir Avropanın Ukraynaya əsas yardım fonduna gedir. İndiyədək təqribən 1,5 milyard avro məbləğində üç tranş ödəniş edilib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri