Icma.az
close
up
RU
Rusiya Amerika Birləşmiş Ştatları ilə başlatdığı sülh danışıqlarını Avropa masasına dəyişməyəcək

Rusiya Amerika Birləşmiş Ştatları ilə başlatdığı sülh danışıqlarını Avropa masasına dəyişməyəcək

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəzet yazır ki, Fransa prezidenti "vaxtı gələndə" Ukraynada Rusiya ilə sülh danışıqlarında Avropanı təmsil etməyə hazır olduğunu bildirib. “Emmanuel Makron Ukraynada Rusiya ilə sülh danışıqlarında Avropanın nümayəndəsi ola bilər”- The Telegraph yazır. Qəzet yazır ki, Avropa ölkələrinin Ukrayna ilə bağlı mümkün razılaşmanı və sülhün təminatlarını dəstəkləmək üçün yaratdıqları “istəklilər koalisiyası”nın bəzi üzvləri bunu israr edirlər. Bu rol Fransaya və ya Böyük Britaniyaya, xüsusən də Finlandiya prezidenti Aleksandr Stubb tərəfindən təklif edilib. Yelisey sarayındakı mənbə nəşrə bildirib ki, Fransa lideri “vaxtı gələndə” Avropa vasitəçisi kimi çıxış etməyə hazır olduğunu bildirib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Makron Avropa ölkələri adından Rusiya ilə danışıqlar aparmaq istəyərdi.

Oqtay Qasımov

“Nəzərə alsaq ki, Makron savaş dönəminə qədər Putinlə görüşlər keçirib, danışıqlar aparıb. Amma Makron Vladimir Putinin sevmədiyi liderlər arasında yer alır və bunu Rusiya rəsmiləri özləri də etiraf edirlər. Bu baxımdan hesab etmirəm ki, Avropa ölkələri ilə Rusiya danışıqlar aparmağa və Ukraynada müharibəni dayandırmağa Makronun gücü çatsın. ”-deyən politoloq hesab etmir ki, bu uğurlu variantdır. Oqtay Qasımov qeyd edib ki, hətta Rusiya protokol xatirinə danışıqlar aparsa da, Makronun sayəsində bu atəşkəsi əldə etmək mümkün olmayacaq.

Avropa ölkələri arasında Vladimir Putinlə danışıq aparmaq imkanı olan və savaşı dayandırmaq gücü olan ölkələrlə bağlı Oqtay Qasımov bildirib ki, Avropa ölkələri arasında Macarıstan və Slovakiya rəhbərləri Rusiyaya çox yaxın münasibətlərdə olsalar da, onlar Kiyev və Avropanın digər ölkələri tərəfindən kifayət qədər tənqidlə üzləşən siyasətçilərdir.

“Almaniya rəhbərliyi Kiyevə birmənalı dəstək versə də, münasibətlər baxımından Almaniya da burada müəyyən rol oynaya bilər. Amma hazırkı şəraitdə mən hesab etmirəm ki, Rusiya tərəfi Amerika ilə başlatdığı danışıqları Avropa masasına dəyişsin”-deyə Oqtay Qasımov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Aprel 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri