Icma.az
close
up
RU
Müharibəni Rusiya başladıb, Ukrayna döyüşür, Avropa İttifaqı uduzur, Amerika Birləşmiş Ştatları qazanır

Müharibəni Rusiya başladıb, Ukrayna döyüşür, Avropa İttifaqı uduzur, Amerika Birləşmiş Ştatları qazanır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İtaliyanın Baş nazirinin müavini Matteoo Salvini bildirib ki, Rusiyanın iqtisadiyyatını zəiflətmək məqsədi ilə tətbiq edilən sanksiyalar nəticədə Avropanın özünə zərbə vurub. Onun sözlərinə görə, bu addımlar iqtisadi böhranı dərinləşdirib və enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olub. İtaliyanın Baş nazirinin müavini Matteoo Salvini qeyd edib ki, təxminən dörd il davam edən münaqişə və Aİ tərəfindən qəbul edilən 19 sanksiya paketi Avropa iqtisadiyyatlarını ağır vəziyyətə salıb və xüsusilə İtaliya vətəndaşları üçün enerji xərclərini artırıb.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təxminən artıq dörd il olur ki, müharibə gedir və bu müharibə dövründə Avropa, bütövlükdə Rusiyanın qazından imtina edən sanksiyalar tətbiq etdi, əvəzində Amerikadan və Norveçdən daha baha qiymətə yanacaq alır: “Salvini bildirir ki, Avropanın iqtisadiyyatı zəiflədi, yəni özünə zərbə oldu. Düzdür, Rusiya iqtisadiyyatı çökmək üzrədir, ancaq bu, ikitərəflidir. Hər iki tərəfə ziyan dəyir, təkcə Rusiyaya yox, eyni zamanda Avropanın özünə də ziyan dəyir. Həm də bu illər ərzində Avropa iqtisadiyyatından ayırıb Ukraynaya dəstək olub. Elə bu ilin özündə indiyə qədər Avropa İttifaqı Ukrayna 27 milyard avro pul ayırıb. Gələn il bu xərclər daha da artır. Gələn il üçün təkcə Almaniya 11 milyard avro pul ayırıb Ukraynaya, yəni müharibə gedir və müharibəyə dəstək olmaq üçün Avropa İttifaqı böyük vəsaitlər xərcləyir”.

Elşad Həsənov

Elşad Həsənov qeyd edib ki, indiyə qədər NATO ölkələrindən daha böyük xərci Amerika çəkirdi: “Tramp hakimiyyətə gələndən sonra tələb etdi ki, NATO ölkələri, yəni Avropa ölkələrinin əksəriyyəti öz ümumi daxili məhsulunun beş faizini hərbi xərclərə ayırmalıdır. Bu günə qədər müəyyən ölkələr vardı. Bu ölkələr 0,5 faiz, 0,9 faiz və s. 1 faiz olan az idi. Ancaq indi bu ölkələr ayrıacaqları müfafiə xərclərini artırmağa başlayıblar. Ursula Von der leyn bildirdi ki, biz 850 milyard avro pul ayırırıq. Yəni Avropanın təhlükəsizliyin təmin edilməsi problemi çətin məsələdir. İndiyə qədər Amerikanın bayrağı altında bu məsələlər həll olunmuşdu. Ancaq indi isə Tramp deyir ki, Avropa öz təhlükəsizliyini təmin etməlidir. Avropa liderləri də başa düşürlər ki, Ukraynanın məğlub olması Avropanın məğlubiyyətinə gətirib çıxaracaq. Çünki Rusiya Avropaya hücum edərsə, sözün həqiqi mənasında qısa müddətdə Avropa ölkələrini işğal edə bilər.

Ukrayna həm Avropanın, həm də ABŞ-nin dəstəyi ilə dörd ildir Rusiyaya qarşı döyüşür. Rusiya çox ağır itkilər verib. Bir milyon 200 min nəfərdən çox əsgər və zabitləri öldürülüb, yaxud da əlil olublar. Rusiyanın şəhərləri dağıdılır. Rusiyanın neftayırma zavodlarının 38 faizi sıradan çıxarılıb. Rusiyanın özündə dünya yanacaq satan Rusiyanın özündə artıq yanacaq çatışmazlığı var. Rusiyanın iqtisadiyyatı demək olar ki, çöküb. Buna da bir səbəb də odur ki, həm Avropa ölkələri, həm də Amerika öz şirkətlərini Rusiyadan çıxardılar. Rusiyada işsizlik artıb. Müharibə, Rusiyaya çox böyük ziyan vurub”.

Politoloqun fikrincə, müharibəni Rusiya başlasa da, Avropa İttifaqına da böyük ziyan dəydi: Bu müharibədə qazanan Amerika oldu. Belə ki, Amerika həm silah satır, həm yanacağını baha qiymətə satır, buradan da böyük qazanc götürür.

“Bu gün Avropa ölkələrindən Slovakiya və Macarıstan Rusiyadan yanacaq almaqda davam edir və ola bilirlər ki, ucuz yanacaqla onlar iqtisadiyyatını inkişaf etdirirlər. Ancaq digər ölkələr bu şansdan, imtina etdilər. Ona görə də Avropa iqtisadiyyatı zəiflədi. Ancaq buna baxmayaraq, Avropa ziyan olsa da, onlar Ukraynaya dəstək oldular”-deyən Elşad Həsənov hesab edir ki, yaxın zamanlarda Rusiya Ukrayna müharibəsi Trampın səyi nəticəsində dayandırılacaq və sonra yenidən Avropa da inkişaf edəcək.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri