Rusiya Amerika danışıqlarının 3 cü raundunun vaxtı açıqlandı
Icma.az, Modern.az saytına istinadən bildirir.
“İki ölkə arasında münasibətlərdə həll edilməmiş məsələlərin həlli üçün Rusiya-Amerika danışıqlarının üçüncü raundu payızın sonunadək baş tutacaq”.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a bildirib.
"Üçüncü raundla bağlı hələlik tarixlər yoxdur. Hər şey müzakirə olunur", - diplomat bildirib.
Xatırladaq ki, bu il fevralın 27-də və aprelin 10-da İstanbulda Rusiya və ABŞ səfirliklərinin iş şəraitinin tənzimlənməsi, eləcə də iki ölkə arasında münasibətlərdə mübahisəli məsələlərin həlli yollarının müzakirəsi üçün danışıqlar aparılıb.
İlk iki raundda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, Amerika tərəfinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kalter rəhbərlik edib.
Mətbuat üçün bağlı qapılar arxasında keçirilən birinci görüş altı saatdan çox, ikinci görüş isə təxminən beş saat yarım davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 02 Oktyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















