Icma.az
close
up
RU
Rusiya Ukrayna danışıqlarının növbəti raundunun vaxtı hələ razılaşdırılmayıb

Rusiya Ukrayna danışıqlarının növbəti raundunun vaxtı hələ razılaşdırılmayıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 4 iyun, AZƏRTAC

Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların növbəti raundunun İstanbulda keçirilməsinin tarixləri tərəflərin iyunun 2-də mübadilə etdikləri memorandum layihələri öyrənildikdən sonra razılaşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, sənədlərin təhlili bir qədər vaxt aparacaq. “Tərəflər hazır olduqları məqamda növbəti raund üçün yeni tarixlər barədə razılığa gələcəklər”, -deyə Kremlin nümayəndəsi bildirib.

Danışıqların mümkün qanunauyğunluğu barədə sualı cavablandıran Peskov qeyd edib ki, sabit dövriyyənin yaradılması mümkün deyil. O, bunu belə izah edib: “Bu, tərəflərin hər raundu davam etdirməyə hazır olmasından asılıdır. Təmaslar həyata keçirilir və bu əsnada məqbul tarixlər müəyyən ediləcək”.

Bir gün əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirmişdi ki, birbaşa danışıqların növbəti, üçüncü raundu iyunun sonunda İstanbulda baş tuta bilər.

Peskov, həmçinin brifinqdə Ukrayna pilotsuz təyyarələrinin iyunun 1-də Rusiya hərbi aerodromlarına hücumları ilə bağlı vəziyyəti şərh edib. O, təhqiqat aparıldığını və məsuliyyət daşıyanların müəyyən edilməsi üçün lazım olan hər şeyin ediləcəyini vurğulayıb. Hücumlarda əli olmaqda şübhəli bilinən və medianın məlumatına görə, Qazaxıstanda gizlənən Artyom Timofeyevin mümkün ekstradisiyası ilə bağlı jurnalistlərin sualına cavabında Peskov bildirib ki, bu məsələ istintaqı aparan xüsusi xidmət orqanlarının səlahiyyətinə aiddir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri