Icma.az
close
up
RU
“Rusiya artıq daha çox əcnəbiləri orduya cəlb etməyə çalışır” Timoçko

“Rusiya artıq daha çox əcnəbiləri orduya cəlb etməyə çalışır” Timoçko

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya öz resursları ilə genişmiqyaslı hücum əməliyyatları həyata keçirə bilmədiyi üçün xarici dəstəyə, xüsusilə də Şimali Koreya və İrandan silah alışına ehtiyac duyur.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatda Olanlar Şurasının sədri İvan Timoçko bildirib.

Onun sözlərinə görə, Rusiya Şimali Koreyadan təkcə artilleriya mərmiləri deyil, həm də raketlər, atıcı silahlar, minaatanlar, reaktiv yaylım sistemləri və digər hərbi texnika alır. Eyni zamanda, İran da Rusiyaya raket hissələri, hərbi geyim və müxtəlif avadanlıqlarla yardım edir.

Timoçko vurğulayıb ki, əgər Rusiya bu əməliyyatları öz gücü ilə həyata keçirə bilsəydi, Şimali Koreyada istehsalı genişləndirməyə çalışmaz, Avropa ölkələrindən gizli yolla avadanlıq almaz və Çin komponentlərinə möhtac qalmazdı.

Onun sözlərinə görə, Şimali Koreya hazırda Çinlə Rusiya arasında bir növ logistik mərkəzə çevrilib.

Timoçko həmçinin qeyd edib ki, Rusiyanın hazırda raketləri geniş şəkildə istifadə etməməsi, onların qalmadığı anlamına gəlmir. Sadəcə olaraq, bu silahların komponentlərinin əksəriyyəti xaricdən alınır və bu da istehsal prosesini qeyri-sabit edir. 

“Tez-tez elə vəziyyət yaranır ki, lazımi detallar olmadığından raket istehsalı dayandırılır”, – deyə o əlavə edib.

Ekspertin fikrincə, Rusiya bu məhdud imkanlar səbəbilə artıq daha çox əcnəbiləri orduya cəlb etməyə çalışır, çünki ölkə daxilində genişmiqyaslı səfərbərlik keçirmək risklidir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri