Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Moskva, 25 may, AZƏRTAC
Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, ölkənin silahlı qüvvələri Kiyevdə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, eləcə də qərarların qəbul edildiyi mərkəzlərə və komanda məntəqələrinə sistemli zərbələr endirməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Sənəddə bildirilir ki, pilotsuz uçuş aparatlarının layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və istifadəyə hazırlanması ilə bağlı obyektlərə zərbələr endiriləcək.
Rusiya Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla xarici vətəndaşlara Kiyevi mümkün qədər tez tərk etməyi tövsiyə edib. Ukrayna paytaxtının sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 25 May 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















