Icma.az
close
up
RU
Rusiya artıq Zəngəzur dəhlizində rolunun olmadığını həzm edir RƏY

Rusiya artıq Zəngəzur dəhlizində rolunun olmadığını həzm edir RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Overçukun açıqlamaları həmçinin Rusiyaya qarşı yaranmış gərginliyi azaltmaq məqsədi güdür

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizindən danışıb. Kreml rəsmisi bildirib ki, Moskva İrəvanla Ermənistanın cənubundakı "Tramp marşrutu" layihəsi (TRIPP) məsələsini müzakirə edib. Overçuka görə, Moskva hesab edir ki, marşrut Rusiya ilə Ermənistanın bağlantısına imkan yaradacaq: "Əlbəttə, İrəvana səfərim zamanı və Həştərxanda azərbaycanlı həmkarlarımızla görüşlər zamanı bu məsələni də müzakirə etdik. Bunun necə olacağı ilə bağlı anlayışımız var. Belə bir yolun tikintisi Avrasiyanın ümumi nəqliyyat çərçivəsinin formalaşmasına kömək edəcək". Overçuk vurğulayıb ki, Moskvanın hesablamalarına görə, dəhliz çox güman ölkələrimiz arasında yüklərin daşınması üçün əsas yol olacaq. Qeyd edək ki, Rusiya ABŞ-yə məxsus şirkətin dəhlizə nəzarət etməsindən və Rusiyanın prosesdən kənarda saxlanmasından dolayı narazılığını və narahatlığını ifadə etmişdi. Lakin Overçukun açıqlaması Kremlin mövqeyinin nisbətən yumşalması kimi xarakterizə olunur. 


Siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Rusiya artıq Cənubi Qafqazda öz təsirini itirməkdədir. Ekspert vurğulayıb ki, Moskva xüsusilə Ermənistan-Azərbaycan arasındakı sülh prosesindən irəli gələn reallıqlar fonunda yenilikləri qəbul etməyə məcburdur: 

"Rusiya ümumiyyətlə yürütdüyü xarici siyasətdə heç zaman səmimi olmayıb. Rəsmilər ara-sıra Türkiyə və Azərbaycana qarşı müəyyən xoşməramlı açıqlamalarla çıxış etsələr də, reallıq, yəni Rusiyanın regional siyasəti hələ dəyişməyib. Azərbaycanın mülki təyyarəsini məqsədli şəkildə vuran Rusiya tərəfi hələ də Azərbaycandan üzr istəməyib, təzminat ödəməyib. Bu halda Overçukun Zəngəzur dəhlizi ilə bağlı açıqlaması ancaq məcburiyyətdən doğur. Rusiya hər nə qədər ABŞ-nin dəhlizə nəzarət etməsini qəbul etməsə də, mövcud regional reallıqla ayaqlaşmaq məcburiyyətində olduğunun fərqindədir".


Analitikə görə, Rusiya üzləşdiyi indiki mürəkkəb şəraitdə ən azından dəhlizdən bəhrələnməyi nəzərdə tutur: 

"Rusiya artıq Zəngəzur dəhlizində rolunun olmadığını qəbul edir. Overçukun açıqlamaları həmçinin Rusiyaya qarşı yaranmış gərginliyi azaltmaq məqsədi güdür. Azərbaycanın və Türkiyənin yürütdüyü siyasətin nəticəsində regionda fərqli mühit yaranıb. Sülh və sabitlik şəraitində yeni əlaqələrin qurulması üçün imkanlar var. Rusiya da bu imkanlardan yararlanmaq niyyətindədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 07:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri