Icma.az
close
up
RU
Rusiya “Artsax”ı diriltmək istəyir Moskvanın yeni məqsədi nədir?

Rusiya “Artsax”ı diriltmək istəyir Moskvanın yeni məqsədi nədir?

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Rusiya sülh müqaviləsinin bağlanması üçün Bakı ilə Yerevan arasında davam edən danışıqlarda Qarabağdakı separatçı qüvvələrin iştirakını təklif edir. Bu addım regionda sülh prosesinə ciddi təhlükə kimi qiymətləndirilir". 


Sfera.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib. 


M.Əsədullazadənin sözlərinə görə, Ermənistanda separatçı fəaliyyətin yenidən fəallaşması, qondarma “Artsax” prezident seçkiləri kimi proseslər Azərbaycanla sülh sazişinin imzalanmasına əngəl yaradır. O qeyd edib ki, hazırda Yerevanda fəaliyyət göstərən “Artsax” nümayəndəliyi Ermənistanın baş naziri Nikol Paşinyana qarşı siyasi mərkəzə çevrilib:


“Paşinyan ölkəsində yeni “Qarabağ hərəkatına” imkan verilməyəcəyini bəyan etsə də, separatçılara fəaliyyət azadlığı verilməsi bunun əksini göstərir”. 


Ekspertə görə, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan Qarabağ məsələsindən siyasi alət kimi istifadə etməyə davam edir.


M.Əsədullazadə hesab edir ki, Rusiya-Ukrayna müharibəsində Qərbin zəif mövqeyi Moskvaya danışıqlarda üstünlük qazandırıb və bu, Paşinyanın qərbyönümlü siyasətinə təsir göstərir. Onun sözlərinə görə, Rusiya Yerevana təzyiqləri artırır və Paşinyan seçkilər öncəsi Rusiya ilə konfrontasiyadan yayınmağa çalışır.


Ekspert əlavə edir ki, Rusiyanın məqsədi Qarabağ münaqişəsinin tam başa çatmasına imkan verməməkdir. Moskva bu məqsədlə sülh danışıqlarının Moskvada keçirilməsini və “Artsax” nümayəndələrinin də iştirakını təmin etməyə çalışır. Bu isə danışıqların nəticə verməməsinə səbəb ola bilər.


Əsədullazadə bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri də bu strategiyanın tərkib hissəsidir və Paşinyanın bu plana qoşulması regionda sülhün pozulmasına, Avropa İttifaqı ilə əlaqələrin zədələnməsinə yol aça bilər. Ekspertə görə, Paşinyan seçkiyə qədər Rusiyaya yaxın görünməyə çalışacaq, lakin yenidən hakimiyyətə gəldikdən sonra qərbyönümlü siyasətini davam etdirəcək:

"Çünki Rusiyanın orbitinə tam qayıdış onun üçün siyasi iflasa səbəb ola bilər".


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 May 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri