Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

“Artsax” batalyonu Putinin əmrində

“Artsax” batalyonu Putinin əmrində

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Rusiyada ermənilərin Ukrayna müharibəsində iştirakı geniş təbliğ olunmağa başlayıb-səbəb...

Rusiya Federasiyasının İctimai Palatasında ehtiyatda olan polkovnik, hərbi jurnalist Aram Xaçatryanın "Ermənilərin Xüsusi Hərbi Əməliyyatda iştirakı" adlı kitabının təqdimatı keçirilib. İlk baxışdan ədəbi tədbir təsiri bağışlayan bu təqdimat əslində Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin ideoloji əsaslarının gücləndirilməsi və ölkədə yaşayan müxtəlif etnik icmaların bu prosesə cəlb olunmasının nümayişi baxımından diqqət çəkir.

Bakıvaxtı.az erməni mediasına istinadən xəbər verir ki, tədbirdə Rusiya İctimai Palatasının rəhbərliyi, Prezident yanında İnsan Hüquqları Şurasının üzvləri, dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər və media təmsilçilərinin iştirak edib. Bu yüksək təmsilçilik Moskvanın "xüsusi hərbi əməliyyat" ətrafında yeni ictimai-siyasi narrativ formalaşdırmaq cəhdlərinin növbəti nümunəsi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Aram Xaçatryan uzun illər Rusiya Silahlı Qüvvələrində xidmət etmiş hərbi jurnalistdir. O, hazırda Rusiya-Ermənistan münasibətlərini işıqlandıran informasiya portalına rəhbərlik edir və son illərdə məhz Ukrayna müharibəsində iştirak edən ermənilərlə bağlı silsilə yazılar hazırlayıb. Müəllif bildirib ki, son iki il yarım ərzində bu mövzuda 30-dan çox araşdırma yazısı dərc edib və həmin materiallar yeni kitabın əsasını təşkil edib.

Kitabda ümumilikdə 204 erməni hərbçi və könüllünün döyüş yolu haqqında məlumat verilir. Müəllifin açıqladığı statistikaya əsasən, 2026-cı ilin iyun ayına qədər Rusiyanın Ukraynadakı müharibəsində təxminən 20 min erməni iştirak edib. Bu rəqəmin hansı mənbələrə əsaslandığı açıqlanmasa da, təqdimatda xüsusi vurğulanıb.

Nəşrdə ilk dəfə olaraq üç erməni könüllü silahlı birləşməsinin – "ArBat" batalyonunun, marşal Baqramyan(qeyd- Ovannes Xaçaturoviç Baqramyan 1897-ci ildə Azərbaycanın Şəmkir rayonunun Çardaqlı kəndində doğulub) adına batalyonun və "Artsax" batalyonunun yaradılması, formalaşması və döyüş fəaliyyəti geniş təsvir olunur. Kitabda həmçinin Qarabağdan olan minlərlə erməninin Rusiya ordusu sıralarında döyüşdüyü iddia edilir.


Diqqət çəkən məqamlardan biri də Stavropol diyarının Edissiya kəndi ilə bağlı təqdim olunan məlumatlardır. Müəllif bildirir ki, əsasən ermənilərin yaşadığı bu kənddən 250-dən çox sakin könüllü şəkildə cəbhəyə yollanıb. Onlardan 17 nəfərin öldüyü, 5 nəfərin isə itkin düşdüyü qeyd edilir. Kitabda eyni zamanda döyüş bölgəsində xidmət edən dörd erməni qadının fəaliyyəti haqqında da ayrıca məlumat verilib.

Təqdimatda yalnız döyüş əməliyyatlarından deyil, Rusiya erməni diasporunun müharibəyə verdiyi maddi və humanitar dəstəkdən də geniş bəhs olunub. Bildirilib ki, Kalininqraddan Kamçatkaya qədər fəaliyyət göstərən erməni icmaları tərəfindən cəbhəyə və Donbas bölgəsinə 20 min tondan artıq humanitar yardım göndərilib. Bundan başqa, hərbi hissələr üçün avtomobillər, xüsusi texnika, rabitə vasitələri və digər avadanlıqlar alınıb, müxtəlif fondlara yüz milyonlarla rubl vəsait köçürülüb.

Təqdimat zamanı Erməni Apostol Kilsəsinin fəaliyyəti də xüsusi vurğulanıb. Bildirilib ki, kilsə mütəmadi olaraq hərbçilər və müharibədən zərər çəkən əhali üçün yardım kampaniyaları təşkil edir və bu prosesdə fəal iştirak edir.


Bu təqdimat təkcə bir kitabın tanıtımı deyil, həm də Kremlin informasiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Rusiya son illərdə Ukrayna müharibəsində ölkədə yaşayan müxtəlif xalqların iştirakını xüsusi vurğulayaraq müharibəni “bütün Rusiya xalqlarının ortaq mübarizəsi” kimi təqdim etməyə çalışır. Erməni icmasının fəaliyyəti haqqında ayrıca kitabın hazırlanması da bu siyasətin davamı kimi görünür.

Digər tərəfdən, bu cür tədbirlər Moskvanın Rusiyadakı erməni diasporunun dövlət siyasətinə sədaqətini nümayiş etdirmək və Ermənistan cəmiyyətinə də müəyyən siyasi mesaj vermək məqsədi daşıya bilər. Xüsusilə İrəvanın son illərdə Qərblə münasibətləri genişləndirdiyi bir dövrdə Rusiyada erməni icmasının ön plana çıxarılması Kremlin regiondakı təsir imkanlarını qorumaq cəhdi kimi də qiymətləndirilir.

İctimai Palatada keçirilən təqdimat yalnız hərbi xatirələrin toplusu deyil, həm də müharibənin ideoloji əsaslandırılması, etnik icmaların bu prosesdə rolunun qabardılması və Rusiyanın daxili informasiya siyasətinin növbəti elementi kimi diqqət çəkir. Bu baxımdan kitabın nəşri və onun yüksək səviyyədə təqdim edilməsi siyasi və geosiyasi kontekstdə ayrıca qiymətləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 İyul 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see375

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see276

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see232

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see219

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see201

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see197

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see189

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see188

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see187

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see180

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see178

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see174

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see173

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see172

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see168

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see168

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see166

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see165

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri