Icma.az
close
up
RU
Rusiya Avropa İttifaqı qarşıdurması: təhdidlərin əsas nüvəsi…

Rusiya Avropa İttifaqı qarşıdurması: təhdidlərin əsas nüvəsi…

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya-Avropa İttifaqı qarşıdurması dünyada bir çox problemlərə yol açır. Hər iki tərəf bundan ziyan çəkir, eyni zamanda bun dan qaynaqlanan mənfi tendensiya dünyanın digər nöqtələrinə də təsir edir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin “əgər Rusiyaya qarşı aldatma siyasəti aparılmasa və qarşılıqlı hörmət prinsipi qorunsa, yeni hərbi əməliyyatlara ehtiyac qalmaya bilər”,-deyə bildirib. O həmçinin Avropa və ABŞ ilə bərabərhüquqlu əməkdaşlıq və təhlükəsizlik təminatı qarşılığında iqtisadi tərəfdaşlığa hazır olduqlarını vurğulayıb.

Rusiyaya qarşı aldatma siyasəti

Siyasi şərhçi Taleh Əliyevin sözlərinə görə, Rusiya tərəfi artıq fərqindədir ki, Qərbin yumşalma siyasəti, əslində, Rusiyaya qarşı aldatma siyasətidir: “Rus siyasətçilərin dediyi kimi, Rusiyanı strateji çökdürmə siyasəti üçün vaxt qazanmaq məqsədilə Qərb bu kimi yumşaq açıqlamalarla manevr edir. Görünür, Putinin bu açıqlaması ABŞ-nin ardınca Fransanın da Rusiyaya münasibətdə yumşaq mövqe nümayiş etdirməsi səbəbindən baş verir. Amma düşünmürəm ki, bu proses Rusiyanın gözləntilərini doğruldacaq və tərəflər arasında əvvəlki qaydada yeni iqtisadi əməkdaşlıq qurulacaq. Bu, Rusiya üçün növbəti manevr mahiyyətli bir aldatma taktikasıdır”.

“Putin Qərblə əməkdaşlıqda maraqlı tərəf kimi görünür”

Siyasi şərhçi Aqşin Kərimov söyləyib ki, Rusiya Prezidenti Vladimir Putin Qərblə əməkdaşlıqda maraqlı tərəf kimi görünür: “Hərçənd ki, onun Ukrayna müharibəsi fonunda Qərbin Avropa qanadına qarşı kəskin ittihamları özünü biruzə verməkdədir və həmin ittihamlar Avro-Atlantik məkanın təhlükəsizlik strukturlarını hədəf alan hərbi ritorikanı nümayiş etdirir. Lakin Putin Co Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyasına qarşı hər hansı bir kəskin mövqedən çıxış etmir”.

“Kreml hakimiyyətinə qarşı təzyiqlər və təhdidlər yarana bilər”

A.Kərimovun fikrincə, onun belə ehtiyatlı davranması onu deməyə əsas verir ki, Rusiya ABŞ ilə yeni geosiyasi bölgünün həyata keçirilməsi üçün ən azından şifahi razılıq əldə edib və bu bölgünün aparılması təkcə Ukrayna ilə məhdudlaşmayacaq, daha geniş coğrafiyaları əhatə edə bilər: “Bununla belə Putin onu da anlayır ki, Ukraynada aparılan müharibə öz məqsədlərinə çatmadıqca və vaxt keçdikcə Rusiyanın istəkləri və arzuları tam reallaşmadıqca, Kreml hakimiyyətinə qarşı birbaşa təzyiqlər və təhdidlər yarana bilər”.

“Putin hakimiyyətinin qorunub saxlanmasında incə balans axtarır”

Onun bildirdiyinə görə, bu təzyiq və təhdidlərin əsas nüvəsi elə Kreml daxilindəki elitadır: “Buna görə də Ukrayna müharibəsi Putinin həm də legitimlik məsələsini həll edə biləcək əsas faktorlardan biridir. Bu baxımdan Putin həm Qərblə münasibətlərdə, həm öz hakimiyyətinin qorunub saxlanması məsələsində incə bir balans axtarır. Buna görə də kəskin olaraq verdiyi mesajlarla bərabər, tərəfdaşlıq və münasibətlər sistemindəki praqmatik məqamları da qeyd etməyi özünə borc bilir”.

“Bu ritorika Trampın hakimiyyətə gəlməsindən sonra genişlənib”

Politoloq İlyas Hüseynov söyləyib ki, Rusiya Prezidenti Vladimir Putinin birbaşa xətlə müxtəlif vətəndaşların suallarını cavablandırması bu gün ciddi müzakirə olunur: “Daxili siyasətdən tutmuş xarici siyasətə qədər çox önəmli məsələlər qaldırıldı və Rusiya liderinə ünvanlandı. Burada diqqətçəkən məsələ Rusiyanın Avropa və ABŞ ilə əlaqələrinə yönəlmişdi. Putin bildirdi ki, qarşılıqlı hörmət prinsipi əsasında aldatma siyasəti olmadan əlaqələr önəmlidir. Putin artıq neçənci dəfədir ki, Qərb KİV-lərinə müsahibələrində mesaj ötürür və bildirməyə çalışır ki, bərabərhüquqlu əməkdaşlıq və təhlükəsizlik təminatı önəmlidir, əgər belə olarsa tərəfdaşlığa hazırdırlar. Bu ritorika xüsusilə Trampın hakimiyyətə gəlməsindən sonra genişlənib. Hətta Putin bir neçə saat çəkən müsahibəsində və açıqlamalarında bir dəfə Trampın addımlarına da haqq qazandırıb”.

“Kreml-Vaşinqton əməkdaşlığı üçün bu cür ritorika əlverişlidir”

İ.Hüseynov qeyd edib ki, xüsusilə media ilə olan münasibətlərində Trampa xüsusi jest ifadə edib: “Bu da onu deməyə əsas verir ki, Qərbə xüsusi taktiki siyasi gedişlər edir, mesajlar ötürür, hazırkı ABŞ-nin isteblişmentini önə çəkir və digər ABŞ hakimiyyətindən fərqli olaraq burada əməkdaşlıq üçün mümkünlük dərəcəsi ifadə olunur. Aydındır ki, məhz bu cür mesajlar yeni ABŞ administrasiyasının xoşuna gəlir və elə Ukrayna məsələsinin nizamlanması da daxil olmaqla Kreml-Vaşinqton əməkdaşlığı üçün bu cür ritorika əlverişlidir. Putin çalışır ki, bu cür mesajlar verərək həm də Trampın diqqətini cəlb edə bilsin”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri