Icma.az
close
up
RU
ABŞ Avropa İttifaqı qarşıdurması: proses nə vəd edir?

ABŞ Avropa İttifaqı qarşıdurması: proses nə vəd edir?

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ ilə Avropa İttifaqı arasında qarşıdurma getdikcə daha da dərinləşir. Mütəxəssislər hesab edirlər ki, gərginliyin təməl səbəbi Bayden-Blinken administrasiyasının yürütdüyü yanlış siyasətdir.

Eyni zamanda bu gün Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə edilir. Bu isə Ukraynanın narıncı inqilablar poliqonuna çevrilməsi nəticəsində baş verib.

Millət vəkilləri və siyasi ekspertlər prosesi “Xalq Cəbhəsi”nə şərh ediblər.

Milli Məclisin deputatı Vüqar İskəndərov hazırda dünyada olduqca mürəkkəb və gərgin proseslərin cərəyan etdiyini bildirərək qeyd edib ki, bunun da mərkəzində ABŞ-Avropa İttifaqı gərginliyi dayanır: “Hazırda ABŞ-Avropa İttifaqı arasında mövcud gərginliyin yaranmasına görə, məhz bundan öncəki ABŞ administrasiyası, daha da konkret desək, ultra liberal və liberal-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası məsuliyyət daşıyır. Eyni zamanda, hesab edirəm ki, bu kontekstdə bugünkü aciz vəziyyətdə Makronizmin, Fransanın və digər köhnə qitə ölkələrinin neokolonializm siyasətini də vurğulamaq olar”.

“ABŞ və Avropa İttifaqı arasında dərin çatlar yaranıb”

V.İskəndərov diqqətə çatdırıb ki, baş verənlər fonunda sonuncu Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidenti Vensin çıxışı da diqqətdən qaçmamalıdır: “Çünki bu çıxış bütün Qərb dünya və elitası üçün “soyuq duş” effekti yaratdı. Bəlli oldu ki, ABŞ və Avropa İttifaqı arasında dərin çatlar yaranıb. Heç şübhəsiz, dünyadakı dərin fikir ayrılıqlarından mənfi mənada Ukrayna da nəsibini alır. Amma bunun da günahkarı Qərbdir. Bu gün Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə edilir. Bu da məhz Ukraynanın narıncı inqilablar poliqonuna çevrilməsi nəticəsində baş verib”.

“Ukrayna hər gün müharibənin əzablarını görür”

Deputatın sözlərinə görə, bir vaxtlar həmin çevrilişləri təşkil edən V.Nuland və K.Rays kimilər indi özləri üçün rahat yaşayır: “Ortalıqda qalan isə Ukrayna xalqıdır. O, hər gün müharibənin əzablarını görür. Kimsəyə deyil ki, həmin ultra liberal qüvvələr, psevdo demokrat düşərgəsindən siyasətçiləri NED, NDİ və s. fondlar vasitəsilə Azərbaycanda da rəngli inqilablar təşkil etmək istəyirdilər. Lakin Ukraynadan fərqli olaraq Azərbaycanın rəhbərliyində güclü lider var və o, həmin təhdidləri görərək vaxtında onları neytrallşadırmaq üçün müvafiq addımlar atır”.

“Ukraynanın mövqeyi nəzərə alınmadan taleyi həll olunur”

Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, bu gün qlobal məkanda baş verən proseslər onu deməyə imkan verir ki, uzun illər Azərbaycanda, Ukraynada və digər dövlətlərdə həyata keçirdikləri siyasəti reallaşdırmaq istəyən qüvvələr öz rahat həyatlarını yaşasalar da məhz onların layihələri hesabına əzab-əziyyət çəkən ölkələr və dövlətlər bu gün çox çətin dövrlərini yaşamaq məcburiyyətindədirlər: “Xüsusilə Ukraynada baş verən proseslər bizi çox narahat edir. Bu gün Ukraynanın iştirakı olmadan, mövqeyi nəzərə alınmadan taleyi həll olunur, Ukrayna xalqının yerinə qərarlar verilir. Zamanında rəngli inqilablar edərək Ukraynaya azadlıq, demokratiya, insan haqları, inkişaf, xoşbəxtlik sözləri verən həmin qüvvələr bu gün Ukraynanı tək qoyurlar. Ukrayna mövcud əlində olan imkanları da itirmək ərəfəsindədir. Bu da onu deməyə imkan verir ki, şükürlər olsun ki, Azərbaycan dövləti və xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox uzaqgörən siyasət həyata keçirib və bu gün də biz bu siyasətin davamını görürük. Bu siyasət bizi bu cür bəlalardan xilas etdi və bu gün biz öz təhlükəsizliyimizi təmin edə bilirik. Bu gün biz nəinki xarici qüvvələrin təsiri altına düşmək və Azərbaycanın suverenliyini təhlükə altına atmaqdan xilas olduq, eyni zamanda, biz milli dəyərlərimizi, öz müstəqilliyimizi qoruyub saxlaya bildik, işğal altında olan torpaqlarımızı işğaldan azad edə bildik. Azərbaycan bu gün də regionda inkişaf edən və regionun sədaqətli və stabil siyasət həyata keçirə bilən tək dövlətidir. Bu, bizi daha da cəlbedici, regionda daha da güclü bir dövlətə çevirir”.

“Azərbaycanı indiki Ukraynaya çevirmək istəyən qüvvələr...”

Deputat Azərbaycanı yanlış siyasət yeritməkdə günahlandıran qüvvələri haqq yoluna gəlməyə çağırıb: “Azərbaycanı indiki Ukraynaya çevirmək istəyən qüvvələr Ukraynada və digər dövlətlərdə həyata keçirdikləri siyasəti reallaşdırmaq istəyən qüvvələrlə zamanında birləşdilər və çox təəssüflər olsun ki, bu gün də fərqli cəbhələrdə yenidən Azərbaycanın həyata keçirdiyi siyasətə kölgə salmaq və vətəndaşlarımızı çaşdırmaq istəyirlər. Ancaq Azərbaycan vətəndaşları dar gündə olduğu kimi bu gün də Ali Baş Komandan cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər və mən inanıram ki, birliyimizi, bərabərliyimizi kimlərinsə pozmağına qətiyyən imkan verməyəcəklər”.

“İmkan verməməliyik ki...”

Onun sözlərinə görə, xüsusilə də kənar qüvvələrin təsiri altında Azərbaycana qarşı informasiya müharibəsi həyata keçirən sapı özümüzdən olan baltalara qarşı biz birlikdə mübarizə aparacağıq: “Xüsusi xidmət orqanları onsuz da həmin qüvvələri ifşa edir, həmin qüvvələrə qarşı lazımi tədbirlər həyata keçirir. Ancaq hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı və qətiyyən imkan verməməlidir ki, hansısa kənar qüvvələrin təsiri ilə əldə etdiklərimiz itirilsin, həmçinin bu birliyimizi, bərabərliyimizi kimlərsə poza bilsin. Azərbaycan günü-gündən güclənir, inkişaf edir və biz - hər bir Azərbaycan vətəndaşı bu prosesdə aktiv rol oynamalıyıq. Hər kəs öz mövqeyini ortaya qoymalı, Azərbaycanın güclənməsi, inkişaf etməsinə öz töhfəsini verməlidir”.

“Bayden və onun komandasının törətdikləri hadisələrin fəsadları...”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, hazırda dünya Bayden və onun komandasının törətdikləri hadisələrin fəsadlarını yaşamaqdadır: “Hətta deyərdim ki, Baydendən də bir qədər əvvəlki ABŞ administrasiyasının, USAID-in və onların təsiri altında olan qurumların, şəxslərin törətdiklərinin fəsadlarını yaşayır. Əlbəttə, biz iddia etmirik ki, Ukraynanın ərazilərini ABŞ işğal edib, burada işğalçı Rusiyadır. Amma bu məsələlərdə Ukraynanı qızışdıran, cəsarətləndirən ABŞ oldu. İndi meydanda tək qoyub, təbii sərvətlərinə döz dikib, Ukraynaya sülh təklif edir. Yəni ABŞ-yə bağlı qüvvələr, ABŞ administrasiyasını təmsil edən şəxslər istər Ukrayna məsələsində, istər dünyadakı digər problemli, mübahisəli məsələlərdə belə gərginliklər yaratdılar və miras kimi qoyub getdilər. Ona görə də indi çətinliyi Ukrayna xalqı çəkir. Yenə də hələ Ukraynada Fransanın, Almaniyanın qızışdırıcılığı ilə proseslər davam edir. Nəticədə əziyyət çəkən xalqdır, çətin vəziyyətdə qalan isə dövlətdir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Fevral 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri