Icma.az
close
up
RU
Rusiya AZAL la bağlı cinayət işini belə gizlədir FOTOLAR

Rusiya AZAL la bağlı cinayət işini belə gizlədir FOTOLAR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Bakıya göndərdiyi məktubda AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verildiyini açıqladıqdan sonra Moskvadan müəmmalı susqunluq davam edir.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiyanın Bakıdakı səfirliyinə ünvanlanan suallar hələ də cavabsız qalıb.
Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu da Rusiya səfiri Mixail Yevdokimova etiraz məktubu ünvanlayıb. Məktubda bildirilir ki, Azərbaycan ictimaiyyəti AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir. “Bütün fotofakt və videosübutları heçə sayaraq təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir” deyə, etiraz məktubunda bildirilir.


Bu arada minval.az AZAL reysi ilə bağlı keçirilmiş qapalı “xüsusi müşavirə” ilə bağlı senasion məlumat yayıb. Məlumata görə, 2025-ci il sentyabrın 2-də Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanının rəhbərliyi ilə AZAL təyyarəsinin vurulması ilə bağlı formal xarakterli “xüsusi müşavirə” keçirilib. Həmin toplantıda AZAL təyyarəsinin vurulması əmrini verən general-mayor Aleksandr Tolopilo da iştirak edib. Saytın məlumatına əsasən, Tolopilo ilə bağlı bütün xidməti araşdırmalar artıq dayandırılıb. Bu isə Rusiyada AZAL təyyarəsinin qəzası ilə bağlı cinayət işinin faktiki olaraq ört-basdır edildiyini göstərir.


Musavat.com xəbər verir ki, sözügedən cinayət işi ilə bağlı Rusiya İstintaq Komitəsinin rəsmi saytında da heç bir məlumat yoxdur. İstintaq Komitəsinin “Rezonanslı cinayət işləri” bölməsində də bu cinayət işinin materialları, müstəntiqlərin “araşdırması” və nəhayət, məlum yekun yerləşdirilməyib. Belə nəticə çıxarmaq olar ki, Rusiya ərazisində və öz vətəndaşlarının da həlak olduğu, iki ölkə arasında isə hələ də davam edən gərginliyə səbəb olmuş təyyarə qəzasını Bastrıkinin rəhbərlik etdiyi komitə “rezonanslı” hesab etmir. Amma daha dəqiqi “hava şəraiti” adı altında günahsız insanların batırılan qanını bu cür gizlətmək istəyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Yanvar 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri