AZAL donanmasını genişləndirir Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb.
Yeni “Airbus A321neo” təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.
Yeni təyyarə müasir “Airspace” salon konsepsiyası, bortdaxili əyləncə sistemi və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Yenilənmiş interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin rahatlığına xidmət edir. “Airbus A321neo” əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir.
Qeyd edək ki, AZAL ilk “Airbus A321neo” təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib. İkinci “A321neo”nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.
Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.
Bu çərçivədə AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı hədəfləyir. Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə paralel aparılır.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 Oktyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















