Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını düzəltdi
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
14:48
Rusiya təyyarə qəzasının başvermə səbəblərindən yayınmaqda davam edir və yenə də bütün günahı AZAL təyyarəsinin pilotlarının üzərinə atmağa çalışır.
Xalqcebhesi.az xəbər verir ki, “Rosaviasiya” bu gün yaydığı bəyanatda ilkin hesabata reaksiya verib və AZAL-ın təyyarəsinin quş dəstəsi ilə toqquşması və oksigen balonunun partlamasına dair yaydığı yalanın “Embraer” ekipajından gəldiyini” bildirib.
Ardınca isə qeyd edib ki, Mahaçqala və Mineralnıye Vodı aeroportlarının təyyarəni qəbul etməyə hazır olmalarına baxmayaraq, ekipaj bu təkliflərdən yararlanmayıb.
“Rosaviasiya” AZAL-ın təyyarə qəzası ilə bağlı hesabatın ilkin xarakter daşıdığını və onun səbəbləri ilə bağlı heç bir nəticənin hələ olmadığını vurğulayıb.
Rusiya mediasının "Rosaviasiya"dan aldığı bəyanatla bağlı yenilədiyi xəbərdə qurumun təyyarənin xarici təsirlər nəticəsində zədələndiyini etiraf etdiyi üzə çıxır. Buna baxmayaraq, bu etirafın özündə də məsuliyyətdən qaçmaq cəhdləri görünür.
"AZAL-a məxsus təyyarə xarici təsir nəticəsində zədələnib. Lakin hesabatda Qazaxıstan tərəfinin təyyarədə olan yad obyektləri müəyyən etdiyi əks olunmur, halbuki Rusiyanın indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib", - açıqlamada bildirilib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi (Pantsir-S) vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxilə nəticəsində ciddi zədə aldığını və bunun nəticəsində qəzaya uğradığını təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















