Rusiya XİN dən AZAL təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTV-yə müsahibəsində iddia edib.
“Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Lakin başa düşdüyünüz kimi, bu məsələlər dəhşətli faciə yaşamış, sağalmaz itki vermiş konkret şəxslərə aiddir. Buna görə də, açığı, burada ətraflı danışmaq istəməzdim”, - nazir müavini deyib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Qeyd edək ki, təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.
2026-cı ilin aprelində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri vəziyyətin həll olunduğunu bildirən birgə bəyanat yayıblar.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 29 İyun 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















