Icma.az
close
up
RU
Rusiya Azərbaycan gərginliyi: Çindən qayıdan Putinin qərarı necə olacaq?

Rusiya Azərbaycan gərginliyi: Çindən qayıdan Putinin qərarı necə olacaq?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Politoloq Fərhad Məmmədov ŞƏT-in son sammiti və Pekində keçirilən 80 illik Qələbə paradı ilə bağlı öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu tədbirlər Çinin həm siyasi, həm də hərbi gücünü nümayiş etdirmək baxımından olduqca simvolik və təsirli oldu.

“Çin bir neçə gün ərzində əsas xəbər generatoruna çevrildi. Sədr Si həm siyasi, həm də hərbi güc nümayiş etdirdi. Tədbirdə iştirak edən dövlət başçılarının sayı və keçirilən hərbi parad bunu açıq şəkildə göstərdi. Hətta parad zamanı göyərçinlər belə nizam-intizamla uçurdu”, – deyə F.Məmmədov bildirib.


Politoloqun fikrincə, bu tədbirlər qlobal güc balansında Pekinin artan rolunu nümayiş etdirdi.

“Ümumilikdə sədr Si göstərdi ki, Pekin artıq geosiyasi güc mərkəzidir. Çin, Hindistan və Rusiya liderlərinin birgə fotosu bütün informasiya agentliklərini dolaşdı”, – deyə o, qeyd edib.

Fərhad Məmmədov həmçinin bildirib ki, bu vəziyyət qismən ABŞ-ın siyasətinin nəticəsidir.

“ABŞ əvvəlcə Bayden, indi isə Tramp dövründə Çinin Rusiya və Hindistana yaxınlaşmasına şərait yaratdı. Rusiya-Ukrayna müharibəsinin əvvəlində Bayden administrasiyası Tayvan məsələsini qabartdı və Nensi Pelosini adaya göndərdi. Bu isə Pekini Moskva ilə daha sıx əməkdaşlığa sövq etdi. Hazırda Tramp administrasiyasının Hindistana qarşı sərt yanaşmaları isə Modinin Çin və Rusiya ilə situativ yaxınlaşmasını sürətləndirdi”, – deyə politoloq izah edib.

O, Donald Trampın üç lider – Si, Putin və Kimin “sui-qəsdi” ilə bağlı paylaşımına da toxunaraq bildirib ki, beynəlxalq münasibətlərdə bu cür gərgin vəziyyət uzun müddət davam edə bilər.

“Müasir beynəlxalq sistem yalnız bir koalisiyanın digəri üzərində qələbəsindən sonra sabit qaydalar toplusuna çevrilə bilər. Hazırda isə reallıq budur və bu reallıqda hər kəs öz yerini tapmalıdır”, – deyə F.Məmmədov vurğulayıb.

Fərhad Məmmədov Azərbaycanın geosiyasi mövqeyi ilə bağlı da fikirlərini bölüşüb.

“Azərbaycan əsas geosiyasi mərkəzlərlə münasibətlərdə öz mövqeyini formalaşdırmaq üzrədir. Amma bu mövqe sabit olmayacaq. Çünki institutlar işləmədiyi üçün vəziyyətlərə uyğun olaraq qərarlar veriləcək – tamamilə "əl ilə idarəetmə" rejimində”, – deyə o bildirib.

Politoloq həmçinin bildirib ki, Azərbaycan və Ermənistan ŞƏT-ə üzv ola bilməsə də, Çinlə strateji tərəfdaşlıq əlaqələri qurublar: “Bakı və İrəvan ŞƏT-ə üzvlük yolu ilə Çinlə strateji tərəfdaşlıq yaratmaq istəyirdilər, amma bu baş tutmadı. Buna baxmayaraq, hər iki ölkə indi Çinlə strateji tərəfdaş sayılır. Bu tərəfdaşlığın nə ilə doldurulacağı isə artıq onların özündən asılıdır”.

Onun sözlərinə görə, Hindistanın Azərbaycanın, Pakistanın isə Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklaması münasibətlərə ciddi təsir etməyib. Ermənistan-Azərbaycan münasibətlərində isə yeganə “emosional gərginlik” Zəngəzur dəhlizinə dair terminologiyadan qaynaqlanır: “Əlbəttə, "Turan yolu" ilə bağlı ritorik gərginliklər oldu. Amma bunlar emosional xarakter daşıyır, ciddi məzmun yükü daşımır”

Politoloq sammit çərçivəsində Azərbaycan və Rusiya prezidentləri arasında rəsmi görüşün olmamasını da şərh edib: “Prezidentlər arasında yalnız salamlaşma oldu. Rusiya Prezidentinin köməkçisi isə qeyd etdi ki, nümayəndə heyətləri arasında təmaslar baş tutub. Putin isə "fundamental maraqlar"ı xatırlatdı”.

Fərhad Məmmədovun qənaətincə, Putin Çindən qayıtdıqdan sonra atacağı addımlar münasibətlərin gələcəyini müəyyən edə bilər.

“Əgər Rusiya mediasında anti-Azərbaycan ritorikası və provokativ fəaliyyətlər davam edərsə, bu, o deməkdir ki, Kreml mövqeyini dəyişməyib. Amma əgər bu ritorika zəifləsə, bu, münasibətlərin normallaşması üçün zəmin yarada bilər. Artıq bir neçə Dövlət Duması deputatı münasibətlərin yaxşılaşmasına ümid etdiklərini açıqlayıb”, – deyə Məmmədov bildirib.


Ayxan,
BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri