Icma.az
close
up
RU
Rusiya Azərbaycan üçün həmişə təhlükə olub Ekspert

Rusiya Azərbaycan üçün həmişə təhlükə olub Ekspert

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Rusiya Azərbaycan üçün həmişə təhlükə olub". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Azərbaycaın Bakıdakı "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi fonunda rus şovinistlərin Rusiyadakı azərbaycanlıları deportasiya etmək çağırışlarını şərh edərkən deyib. 

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə Moskvanın bizə doğru referansları bütünlüklə müvəqqəti xarakter daşıyır:

"Azərbaycana Rusiyanın baxışı öz müstəmləkəsinə olan baxışı olub. Ona görə də bu məsələlərə ehtiyatla yanaşmalıyıq". 

Ekspert deyir ki, indiki şəraitdə, xüsusən də müharibə fonunda rus şovinizminin temperaturu çox yüksək həddədir:

"Bu mənada, Rusiyada ölkəmizə qarşı belə bəyanatlar səslənib və yenə də səslənəcək. Amma bu o demək deyil ki, azərbaycanlılara qarşı təhlükələr məhz rus şovinistinin dediyi müstəvidə realdır. Əslində, bu, bir təzyiq vasitəsidir ki, ondan da bacardıqca istifadə edəcəklər. Nəzərə alaq ki, Rusiyada yaşayan azərbaycanlıların böyük hissəsi artıq bu ölkənin vətəndaşıdır".


Arif Əliyev Bakı ilə Moskva arasında münasibətlərin rus şovinistlərinin istədiyi müstəviyə çatdırılması indiki halda real görünmür:

"Problemlərin nəzərdən keçirilməsi üçün hələ bir çox resurslar var ki, onlardan istifadə oluna bilər. Ortada iqtisadi əlaqələr, kommunikasiya əlaqələri var. Azərbaycanın Rusiya üçün olan qiyməti də 10-15 il bundan əvvəlki qiymət deyil və uzun müddət də bu belə olacaq. Azərbaycan nə siyasi, nə də ictimai səviyyədə bu tona düşməməli, eyni dərəcədə şovinist, millətçi münasibətlərdən uzaq dayanmalıdır. Xüsusilə, dünyanın indiki  mürəkkəb vəziyyətində soyuq baxışla mövqeyimizi möhkəmləndirməklə siyasətimizi davam etdirməliyik". 

Qeyd edək ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Bunu Xarici İşlər  Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın "Rossotrudniçestvo" agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib. 

Diplomat qeyd edib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

Lakin görünür Azərbaycanın atdığı bu qanuni addım rus şovinistlərini əməlli-başlı qıcıqlandırıb. Özünü ictimai xadim  adlandıran Sergey Mantsayev Baakının qanuni addımına cavab olaraq Rusiyada yaşayan və vətəndaşlığı qəbul etməyən bütün azərbayan vətəndaşlarını ölkədən qovmağı, Rusiya vətəndaşı olan azərbaycanlıları isə həbs edərək "Yeni Torpağa" sürgün etməyi tələb edib. O, həmçinin Azərbaycan hakimiyyətilə sərt danımağı təklif edib. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri