Rusiya Azərbaycan xalqından üzrxahlıq etməlidir Tural Abbaslı
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
İlkin istintaqın məlumatı, şahidlərin ifadələri, eyni zamansa təyyarənin korpusunda olan izlər onu deməyə əsas verir ki,təyyarə vurulub.
Bu sözləri Sitat.info-ya açıqlamasında AĞ partiya başqanı Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Rusiyanın bunu bilərəkdən etmədiyi güman edilir: "İnanmıram ki, indiki məqamda, bütün dünya ilə düşmən olduğu bir məqamda yeganə mütəffiqi olan Azərbaycanla arasını vurmaq istəsin və bunu bilərəkdən etsin. Mümkündür ki, qeyri-peşəkarlıq olub. Nəzərə alsaq ki, bu hadisə Çeçenistan üzərində olub və Çeçenistan da Kadırovun qohum-əqrəbasıyla doludur. Onların nə qədər peşəkar olması ayrı məsələ, amma qəsdən vurulmadığını düşünürəm".
T. Abbaslı hesab edir ki, istənilən halda Rusiya Azərbaycan xalqına üzr borcludur: "Amma istənilən halda Rusiya bunu qəbul etməlidir və üzrxahlıq etməlidir. Azərbaycan xalqından üzr istəməlidir. Eyni zamanda dəymiş maddi zərəri qarşılamalıdır. Biz də partiya olaraq bunu tələb edirik".
Fatima Zeynal,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















