Rusiya Azərbaycana hərbi müdaxilə edə bilər? “Kremlin bu addımı atmasını...”
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Azərbaycanın tam müstəqil siyasət yürütməsini hələ də qəbul etmək istəmir və onu keçmiş sovet respublikası kimi görməyə çalışır. Amma unudur ki, tarix artıq geridönməz şəkildə dəyişib”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Mütəllim Rəhimli deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Rusiyada qısqanclıq və narahatlıq yaradıb: Dominos pizza
“Rusiyanın hazırkı addımları onun imperialist düşüncələrindən irəli gəlir. Biz əvvəllər də görmüşük ki, Rusiya keçmiş sovet ölkələrində zorakılıq törətməkdən, Gürcüstan və Ukraynaya hərbi müdaxilə etməkdən çəkinməyib.
Rusiya üçün siyasi və hərbi maraqların olduğu bölgələrdə döyüşmək qaçılmazdır, çünki Kremlin fikrincə, geosiyasi maraqlarını itirmək dövlət kimi mövcudluğunu təhlükə altına alar”.
Ekspert bildirib ki, Rusiya Azərbaycanla yaranmış gərginliyi hərbi təzyiqlə həll etmək istəyərdi, amma hazırda buna gücü çatmır:
“Ukraynadakı müharibədə qarşılaşdığı çətinliklər, Yaxın Şərqdən çəkilməsi və iqtisadi problemlər Rusiyanı zəif vəziyyətə salıb. Eyni zamanda, Azərbaycanın güclü hərbi potensialı və müttəfiqlərinin dəstəyi Kremlin bu addımı atmasını əngəlləyir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 01 İyul 2025 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















