Icma.az
close
up
RU
Rusiya Azərbaycana təzminat ödəməli OLACAQ

Rusiya Azərbaycana təzminat ödəməli OLACAQ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb. "Caliber.az" nəşri etibarlı hökumət mənbələrindən bu barədə məlumat əldə edib.

Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.

"Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib.

Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.

Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib.

HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.

"Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır", - deyə nəşrdə vurğulanıb.


Maraqlıdır, təyyarəmizi Rusiya vurubsa, onda qonşu dövlət hansı məsuliyyətləri daşıyacaq? 


Modern.az məsələni araşdırıb.
 

Bu məsələ 1999-cu ildə Monrealda imzalanmış Beynəlxalq Hava Nəqliyyatında Müəyyən Qaydaların Unifikasiyasına dair Konvensiya ilə tənzimlənir. Konvensiyaya əsasən, həlak olanların qohumlarına bədən xəsarəti, o cümlədən ölüm, habelə baqajın zədələnməsi və itirilməsinə görə kompensasiya ödənilir. Ümumilikdə, bu cür ödənişlər hər öldürülən şəxs üçün ən azı 130 min dollar təşkil edə bilir.

Beynəlxalq qaydalar pulun iki mərhələdə köçürülməsini nəzərdə tutur. Birinciyə, təyyarəsi qəzaya uğrayan aviaşirkətin ödəməli olduğu 22 min dollar daxildir və bu məbləğ "dərhal” ödəməlidir. Ödəniş adətən qəza tarixindən etibarən üç ay ərzində verilməlidir. Aviaşirkətin özü və ya onun sığorta şirkəti insidentdən dərhal sonra qurbanların varislərini, onların hesablarını tapmalı və Monreal Konvensiyasına uyğun olaraq dərhal ailənin xeyrinə hər ölən üçün təxminən 22 min dollar ödəməlidir.

Hərtərəfli, genişmiqyaslı araşdırma apardıqdan sonra hava təhlükəsizliyi rəsmiləri və hüquq-mühafizə orqanları faciəyə görə məsuliyyət daşıyanları müəyyənləşdirirlər. Məhz onlar konvensiyada nəzərdə tutulmuş ödənişlərin balansını, o cümlədən fəlakət olmadığı halda aviaşirkətə dərhal ödənişlərin qaytarılmasını təmin etməlidirlər.

Başqa ölkə tərəfindən təəyyarə vurulduğu iddiasını təsdiqləyən sübutlar olmalıdır. Məsələ tam aydın olduqdan sonra həmin ölkə üzr istəməli və təzminat ödəməlidir.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında oxşar hadisə İranla Ukrayna arasında olub. Belə ki, göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. İran təyyarəni səhvən vurduğunu bəyan edib və günahkarların məsuliyyətə cəlb olunacağı açıqlanıb.  Qeyd edilib ki, hər bir sərnişin üçün 150 min dollar təzminat ödəniləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:419
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri