Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur

Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyasının ödənildiyini iddia edib. 

Bildirilib ki, sərnişin təyyarəsi üçün ümumilikdə 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ayrılıb.Həmçinin, qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb:

“15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-sının hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin 4 sentyabr tarixli məlumatında qeyd olunan sığorta ödənişləri ilə Azərbaycanın Rusiya hökumətindən kompensasiya tələbi bir-birindən tamamilə fərqli məsələlərdir.

Onun sözlərinə görə, sözügedən ödənişlər AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatdan keçmiş sığorta şirkəti tərəfindən həyata keçirilmiş sığorta ödənişləridir, lakin təyyarənin vurulması ilə bağlı tələb olunan kompensasiya isə ayrıca mövzudur:

"Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir.

Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə, qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil".

Qeyd edək ki, sığorta ödənişləri beynəlxalq qaydada verilməli olan vəsaitdir və hökumətlərarası kompensasiya ilə qarışdırıla bilməz. Bəs beynəlxalq hava təhlükəsizliyi aktında (məsələn, Monreal Konvensiyası) sərnişin başına sığorta və ya kompensasiya məbləği nə qədər müəyyən olunub? Təyyarə qəzaları üçün beynəlxalq səviyyədə sabitləşdirilmiş məbləğ mövcuddurmu? 

Nəqliyyat fəaliyyəti növlərinə görə fərqlər, məsələn, təyyarə, qatar və digər ictimai nəqliyyat vasitələrində baş verən qəzalarda xəsarət alan, yaralanan sərnişinlərə hansısa formada kompensasiya mexanizmi tətbiq olunur?

“Cebheinfo.az”-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kompensasiyanın sabit bir məbləği mövcud deyil və bu, hər bir hal üzrə dövlətlər arasında ayrıca müəyyən edilir:

“Hazırda Rusiya tərəfi işin əsl mahiyyətini bilməsinə baxmayaraq özünü bilməməzliyə vurur. Bildiyim qədərilə elə sabit bir məbləğ mövcud deyil. Məhz kompensasiyanın məbləği dövlətlər arasında razılıq əsasında müəyyən olunur. Hər hadisə üzrə tərəflər öz aralarında razılaşmalıdırlar ki, nə qədər ödəniş edilməlidir.

Amma bizim XİN tamamilə düzgün qeyd edib. XİN-in də vurğuladığı kimi, Rusiya tərəfinin dediyi məsələ həmin hadisəyə görə ödəniləcək vəsait deyil. Düşünmürəm ki, Rusiya dövləti bunu bilmir. Əksinə, onlar yaxşı bilirlər, sadəcə özlərini bilməməzliyə vururlar ki, guya biz bir şeyi deyirik, onlar isə başqa şeyi nəzərdə tuturlar”.

Onun sözlərinə görə, kompensasiya ilə sığortanı eyniləşdirmək düzgün deyil: 

“Kompensasiya və sığorta, bunlar tamamilə ayrı anlayışlardır. Kompensasiya hər bir konkret halda ayrıca qiymətləndirilməlidir. Sığortaya gəldikdə isə hər bir sərnişinin uçduğu təyyarə üzrə sığortası mövcuddur və bu ödənişi aviaşirkətlər həyata keçirirlər. Amma kompensasiyanı Rusiya dövləti ödəməlidir. Çünki hamıya məlumdur ki, hadisə faktiki olaraq Rusiya dövlətinin silahlı qüvvələri tərəfindən törədilib”.

O bildirib ki, buradan belə görünür ki, Rusiya kompensasiyanı ödəmək niyyətində deyil:

“Kompensasiya həm Azərbaycan dövlətini, həm hadisədə zərərçəkmişləri, həyatını itirənlərin qohumlarını və sağ qalıb zərər görənləri qane etməlidir. Bundan başqa, AZAL-a da kompensasiya ödənilməlidir, çünki şirkət burada ciddi itkiyə məruz qalıb, təyyarəsi məhv edilib. Amma Rusiyanın faktiki olaraq kompensasiyanı ödəmək niyyətində olmadığı görünür”.

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, biz bilet alanda avtomatik olaraq sığortalanmış oluruq, yəni bu AZAL-ın sığorta ödənişidir:

“XİN tamamilə düzgün olaraq qeyd edir ki, vətəndaşlar aviaşirkətdən asılı olmayaraq təyyarədən istifadə edərkən avtomatik şəkildə sığortalanırlar. Yəni biz bilet aldığımız andan həm sərnişin, həm də təyyarə sığortalanır. Bu, AZAL-ın sığorta müqaviləsi əsasında aldığı ödənişdir və bunun Rusiya hökumətinə heç bir aidiyyəti yoxdur.

Burada sadəcə yanlış kommunikasiya olub. Ayxan bəyin də qeyd etdiyi kimi, bu, kompensasiya deyil, sırf sığorta ödənişidir. Məsələn, avtomobilinizi sığortalayırsınız və qəza baş verəndə sığorta şirkəti ödəniş edir. Burada da eyni prinsipdir. Bizim tələbimiz isə kompensasiyanın Rusiya hökuməti tərəfindən ödənilməsidir”.

O qeyd edib ki, AZAL sığorta ödənişini müqavilə əsasında alıb, burada kompensasiya yoxdur:

“AZAL sığorta müqaviləsinə əsasən ödənişi özünün seçdiyi sığorta şirkətindən alıb. Əgər müqavilə Rusiya şirkətində etməyib Azərbaycan şirkətində etsəydi, ödənişi də həmin şirkətdən alacaqdı. Hansı sığorta şirkətində edirsə oradan alır. Bu, sırf müqavilə məsələsidir.

Sabit məbləğ məsələsinə gəldikdə, belə bir anlayış yoxdur. Sığorta müqavilələrində məbləğ və şərtlər əvvəlcədən müəyyən edilir. Bu qaydalar bağlanmış sığorta müqaviləsində əks olunub. İndi adambaşına bölsək həyatını itirən sərnişinlərə görə təxmini bir rəqəmi çıxara bilərik. 

Biz də beynəlxalq praktika əsasında bunu etmişik. Amma o sığorta məbləğindən asılıdır. Amma bütün bunlar sığorta məbləğindən, təyyarənin qiymətləndirilməsindən və sığortaçı ilə sığortalanan tərəf arasında bağlanmış müqavilədən asılıdır. Çünki bunların hamısı sığorta haqqı müəyyənləşdirir.

AZAL sığortalanıb, sığorta haqqını ödəyib, hadisə baş verdikdən sonra da həm təyyarəsinə, həm də sərnişinlərə görə ödənişi alıb. Burada hər hansı kompensasiya filan yoxdur”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri