Icma.az
close
up
RU
Rusiya Azərbaycandan üzr istəməlidir! İctimai xadimlərdən TƏLƏB

Rusiya Azərbaycandan üzr istəməlidir! İctimai xadimlərdən TƏLƏB

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib. 

Avialeynerin ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdırsa da, qəzadan qaçmaq mümkün olmayıb.

Belə ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi edib. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i azərbaycanlıdır. 
Baş verən hadisə bütün Azərbaycanı sarsıdıb. Ölkə ictimaiyyəti eyni zamanda Rusiya tərəfinin hərəkətlərindən hiddətlənib. Sosial şəbəkələrdə Rusiyanın Azərbaycandan üzr istəməsi tələb olunur.


Tanınmış simalar da bununla bağlı mövqe nümayiş etdirirlər. 
Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli fikirlərini Modern.az-a açıqlayıb.
Təyyarə qəzasından təəssüfləndiyini bildirən bəstəkar, insanların ölümündə rol oynamış günahkar şəxslərin üzr istəməli olduğunu vurğulayıb:


“Bunun ayrı yolu yoxdur, Rusiya tərəfi üzr istəməlidirlər. Qəza səbəbindən dəyən bütün ziyana görə kompensasiya ödəməlidirlər. Necə ki biz 2020-ci ildə məlum helikopter məsələsində davrandıq, onlar da eynisini indi etməlidirlər. Etməsələr, bütün dünya onların üzünə tüpürəcək”. 


Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də eyni mövqedən çıxış edib. O bildirib ki, Rusiya tərəfi təhlükəsiz olmayan hava yolu barədə Azərbaycanı məlumatlandırmadığına, təyyarəni vurduqdan sonra təcili enişə icazə vermədiyinə görə kübar şəkildə üzr istəməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri