Icma.az
close
up
RU
Rusiya Azərbaycanı yenidən öz təsir dairəsinə salmağa çalışır Politoloq

Rusiya Azərbaycanı yenidən öz təsir dairəsinə salmağa çalışır Politoloq

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yekaterinburqda və Rusiyanın digər bölgələrində azərbaycanlılara qarşı baş verən zorakılıq hallarını qəti şəkildə qəbuledilməz hesab edirik. Bu hadisələr ilk növbədə insan hüquqlarının pozulması, banditlik və qeyri-rus millətlərinə qarşı terror ab-havasının, islamofobiyanın, eləcə də etnik ayrı-seçkiliyə əsaslanan aşağılayıcı yanaşmanın təzahürü kimi qiymətləndirilməlidir”.
Hurriyyet.Az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O əlavə edib ki, bu, Rusiya cəmiyyətinə və dövlət siyasətinə xas olan bir ənənədir və yeni hal deyil:
“Son əsr yarımda Rusiya İmperiyası dövründən bu yana ifrat millətçilik və digər xalqlara qarşı nifrəti körükləyən siyasətin şahidi olmuşuq. Tarix bunu dəfələrlə sübut edib. Yekaterinburqda baş verən hadisələr hər hansı kriminal məsələ ilə izah oluna bilməz. Bu, sırf milli ayrı-seçkilikdir və Rusiya dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Azərbaycanlılara qarşı aparılan bu genişmiqyaslı təzyiq kampaniyası, əslində, Azərbaycan dövlətinə qarşı yönəlmiş təzyiqin bir formasıdır. Rusiya Azərbaycanı yenidən öz təsir dairəsinə salmağa, onun vasitəsilə regional maraqlarına nail olmağa çalışır. Rusiya, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən narazıdır. O, bölgədə əsas söz sahibi kimi Azərbaycanın güclənməsini istəmir. Xüsusilə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin məhz Azərbaycanın təşəbbüsü ilə Rusiyasız davam etməsi Kreml üçün ciddi narahatlıq doğurur. Rusiya Azərbaycanın Zəngəzur dəhlizini hərbi güclə açmaqdan imtina etməsini və bu məsələni sülh gündəliyindən ayıraraq ayrıca müzakirə predmeti kimi təqdim etməsini də qəbul edə bilmir”.
Politoloq qeyd edib ki,  Azərbaycanın təhlükəsizlik və müdafiə sistemini müasir tələblər əsasında qurması da Rusiyada qıcıq doğurur:
“Bu səbəbdən Rusiya Azərbaycana təzyiq göstərməyə çalışır. Biz artıq Ukrayna müharibəsi başlayanda xəbərdarlıq etmişdik ki, Rusiya bu münaqişədə müəyyən uğur qazansa, növbəti hədəflərindən biri də Azərbaycan olacaq. Çünki Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradan və regional güc mərkəzinə çevrilmiş dövlətdir və Rusiya bunu qəbul etmək istəmir. Hazırda Rusiyanın Azərbaycana təzyiq göstərmək üçün ciddi mexanizmləri qalmayıb. Son vasitəsi Rusiyada yaşayan milyonlarla azərbaycanlı miqranta qarşı təzyiqlərdir. Bu yolla Rusiya ölkəmizdə sosial-iqtisadi gərginlik yaratmağa və ictimai narazılıq doğurmağa çalışır. Lakin hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu proseslərin mənasını və arxasında duran məqsədləri yaxşı anlayır. Dövlət və xalq olaraq bu təzyiqlərə qarşı durmaq və Azərbaycanın müstəqil siyasətini davam etdirmək üçün həm siyasi, həm də ictimai iradə mövcuddur”.
Leyla Turan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 İyul 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri