Icma.az
close
up
RU
Rusiya azərbaycanlıları yalan, hədə qorxu və döyməklə dron yığılmasına cəlb edir.... VİDEO

Rusiya azərbaycanlıları yalan, hədə qorxu və döyməklə dron yığılmasına cəlb edir.... VİDEO

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Azərbaycan və digər postsovet ölkələrinin vətəndaşlarını aldadaraq Tatarıstandakı hərbi zavodda "Şahed" dronlarını yığdırır

Moderator.az xəbər verir ki, bu barədə "Baku TV"  kanalının hazırladığı materialı Ukraynanın "UNİAN" portalı da yayıb.

Azərbaycanlı jurnalistlərin aydınlaşdırdığına görə, Rusiya onlayn reklam kampaniyasına başlayıb və bu kampaniya çərçivəsində MDB ölkələrinin vətəndaşlarına “Alabuqa” xüsusi iqtisadi zonasında “Alabuqa Start” proqramı çərçivəsində Tatarıstanda işləmək təklif olunur.

“Parlaq, cəlbedici veb sayt, karyera yüksəlişi və maraqlı iş vəd edir. Hər şey qaydasındadır, lakin insanlar perspektivli qazanc əldə etmək ümidi ilə orada işə düzəlir, bu zonaya köçür və sonda elanda deyilənlərdən fərqli bir işə cəlb olunurlar”, - materialda deyilir.

Jurnalistlərin qeyd etdiyi kimi, ruslar 22 yaşdan aşağı əcnəbi gəncləri işə cəlb edirlər. Əraziyə çatan kimi onlar "Şahed-136" kamikadze dronlarını yığmalı olduqlarını öyrənirlər. Belə bir müəssisədə işləməkdən imtina edənləri şantaj edirlər, qorxudurlar.

"Sənədlərin əllərindən alınması, hətta fiziki zorakılıq halları da olub", - məlumatda bildirilir.

Tatarıstandakı "Şahed" zavodu haqda məlum olanlar...

Rusiya 2022-ci ilin payızında İranın "Şahed-136" pilotsuz təyyarələrindən fəal şəkildə istifadə etməyə başlayıb və artıq 2023-cü ildə Tatarıstanın "Alabuqa" xüsusi iqtisadi zonasında bu dronların Rusiyanın özündə yığılması üçün zavod tikilib. Əvvəlcə yerli texnikumun tələbələri zavodda işləməyə məcbur ediliblər. Sonradan məlum olub ki, Rusiya bu zavodda əcnəbiləri, o cümlədən Afrika və Asiyadan gələnləri aldadaraq fəal şəkildə işə cəlb edir.

2024-cü ilin aprelində Ukraynanın uzun mənzilli kamikadze dronları zavoda ilk dəfə hücum edib. Lakin bu o qədər də effekt verməyib və ilin sonuna qədər zavod istehsalı xeyli artırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri