Icma.az
close
up
RU
Rusiya qorxu çarlığına qayıdır VİDEO

Rusiya qorxu çarlığına qayıdır VİDEO

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiya Daxili İşlər Nazirliyi Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski ilə bağlı araşdırmaya başlayıb. İlk baxışdan bu hadisə növbəti aparatdaxili qarşıdurma təsiri bağışlaya bilər. Lakin məsələnin arxasında daha ciddi bir mənzərə görünür: Rusiyada artıq hakimiyyətə sadəcə loyal olmaq kifayət etmir. İndi insandan nümayişkaranə sədaqət, qeyd-şərtsiz dəstək və hətta fanatizm tələb olunur".

Moderator.az xəbər verir ki, bu barədə Caliber.az-ın "YouTube" kanalının növbəti buraxılışında bildirilir.

"Burada, xüsusilə, diqqətçəkən paradoks budur ki, söhbət dissidentdən və ya Kremlin rəqibindən getmir. Zaslavski Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləyib. Lakin görünür, bu da kifayət etməyib.

Rektorun "cinayəti" - təbii ki, bu söz şərti mənada işlədilir - rəhbərlik etdiyi ali məktəbi hərbi komissarlığın filialına çevirməməsi, tələbələri zorla cəbhəyə göndərməməsi və hakimiyyət qarşısında maksimum səviyyədə canfəşanlıq nümayiş etdirməməsidir.

Burada isə olduqca narahatedici sual yaranır: Əgər hətta hakimiyyətə sədaqət belə insanın təhlükəsizliyinə zəmanət vermirsə, Rusiyada bu gün kim özünü həqiqətən qorunmuş hesab edə bilər?

Tarix belə bir sistemi artıq tanıyır. Stalin dövründə dünənki silahdaşlar bir neçə ay ərzində "xalq düşməni"nə çevrilə bilirdilər. Buxarin, Rıkov və Kamenev inandığı kommunist ideologiyasının tərəfdarları idilər. Lakin sistem getdikcə daha çox sədaqət sübutu tələb edirdi və nəticədə partiyaya mənsub olmaq belə repressiyalardan qorunmaq üçün kifayət etmirdi.

Bugünkü Rusiyada baş verənlər insanları məhv edən, onların şəxsiyyətini sındıran və onları sistemin itaətkar alətinə çevirən həmin mexanizmləri xatırladır", - deyə materialda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Avqust 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri