Rusiya Baltikyanı ölkələri xəbərdar edib
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baltikyanı ölkələr öz ərazilərində nüvə silahı yerləşdirəcəkləri təqdirdə Rusiya tərəfindən cavab tədbirləri ilə üzləşəcəklər.
Milli.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu qərarı qəbul edən ölkələrin gözləntilərinin əksinə olaraq, belə addım onların təhlükəsizliyini artırmayacaq", - deyə Peskov Vilnüsün öz ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verilməsi proseduruna başlamaq qərarını şərh edərkən bildirib.
"Əksinə, bu, onlar üçün təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Çünki öz maraqlarımızı qorumaq üçün belə ölkələrə münasibətdə cavab tədbirləri görüləcək", - deyə o xəbərdarlıq edib.
Qeyd edək ki, iyulun 3-də Litva parlamentində ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 08 İyul 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















