Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

“Rusiya beynəlxalq qaydalara uyğun davranış nümayiş etdirməlidir” Qüdrət Həsənquliyev

“Rusiya beynəlxalq qaydalara uyğun davranış nümayiş etdirməlidir” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, dünən 60 yaşınız tamam oldu, Sizi bir daha təbrik edir və bir neçə sualımızı cavblandırmağınızı xahiş edirik...

- AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərdində vurulmasından bir aydan da artıq vaxt keçməsinə baxmayaraq istintaqın gəldiyi ilkin nəticələr ictimaiyyət üçün açıqlanmır. Sizcə nə baş verir?

- İlk öncə həm Sizə, həm də məni təbrik etmiş, təbrik ünvanlamış hər kəsə öz dərin minnətdarlığımı bildirir, hər birinizə sevinc dolu həyat, uğurlar arzu edirəm.
Təyyarənin Qroznı üzərində vurulması sübuta ehtiyacı olmayan bir faktdır. Qalır ictimaiyyətə açıqlansın ki, bu hansı şəraitdə, necə baş verib və kimlər günahkardır. Azərbaycan Rusiya prezidentinin üzrxahlığını qəbil edib. Günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi məsələsi də öz həllini tapmalıdır. Rusiya, ehtiyatsızlıqdan olmuş olsa belə, bu ağır cinayəti törətmiş şəxsləri müəyyən edib cəzalandırmasa bu, iki qonşu və müttəfiq ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcək. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı hər iki ölkənin xalqlarının maraqlarına cavab verir. Qərb tərəfindən ölkəmizə olan təzyiqlər həm də bizim Rusiya ilə əlaqələrimizin indiki səviyyəsinə görədir. Xalqımızı qıcıqlandırmaq və insanlarımızın heysiyyatlarına toxunmaq üçün gecə-gündüz təbliğat aparırlar ki, Azərbaycanı Rusiya yönəldir. Biz bunun əksini sübut etmək üçün Rusiya ilə münasibətləri korlamamalıyıq. Ermənipərəst dairələrin istədiyi də elə budur. İnanıram ki, iqtidar Qərblə Rusiya arasında “qızıl orta”nı tapacaq və ölkəmizə təzyiqlərə son qoyulacaq, böyük dövlətlər sülhdə maraqlı olacaq və nəhayət ki, ölkəmizi müharibədən çıxara biləcəyik. Xalqımız 10 illərdir davam edən gərginlikdən xilas olub, rahat nəfəs alacaq. Trampın Putinə pərəstiş etdiyini nəzərə alsaq, Rusiya ilə münasibətlərin korlanması ABŞ ilə də münasibətlərin bərpasına əngəl olacaq.
Rusiyada da kimlərsə guya bizə “canıyananlıq” edərək bizi Qərbin sanksiyalarından qorumaq üçün “ayı xidməti” göstərib xalqlarımız arasında münasibətlərə ziyan vuran davranış sərgiləməməlidir. İnsanlar arasında münasibətlər zədələnəndə onu bərpa etmək çətin olur. Rusiya tezliklə günahını etiraf etməli və beynəlxalq qaydalara uyğun davranış nümayiş etdirməlidir. Vaxtilə Azərbaycanın Rusiyaya münasibətdə etdiyi kimi.

- Rusiya və İran Azərbaycana münasibətdə hörmətlə davranmasa, Zəngəzur dəhlizi açılmasa Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəmərinin çəkilişinə icazə verməliyikmi?
- Əlbəttə, etik çərçivəni aşanların cavabı veriləcək. Zəngəzur dəhlizinin açlması üçün Qərb ölkələri kimi Rusiya və İran da Ermənistana təzyiq etmədi və beləliklə də birbaşa və dolayısı ilə digərləri kimi sülhdə maraqlı olmadıqlarını ortaya qoydular. Amma biz müdrik davranmalı hər iki qonşu ölkə ilə əməkdaşlığı davam etdirməliyik.
İran bu gün fars millətçiləri (bəzi rəhbər şəxslər fars olmasa belə) tərəfindən yönləndirilsə də, İran həm də bir türk dövlətidir. Kəmər isə strateji əhəmiyyət kəsb edir. Dövlətlər arasında münasibətlər həmişə hamar olmaya bilər. Mən mütəmadi olaraq İranla viza rejiminin ardan qaldırılması, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edirəm. Sədri olduğum ƏHD partiyası 3+3 formatında region dövlətlərinin daha sıx inteqrasiya olunmasını və əməkdaşlığını təqdir edir. Partiyamız Avrasiya məkanında keçmiş sovet respublikaları, Türkiyə və İranın iştirakı ilə Avropa Birliyi modelində yeni ittifaqın yaradılması ideyası ilə də çıxış edib. Bu gerçəkləşərsə böyük bir coğrafiyada inkişafa və təhlükəsizliyə ciddi təminat vermiş olardı. Xalqımızın sosial inkişaf göstəriciləri bizim təkbaşına şaxələndirilmiş güclü azad bazar iqtisadiyayatı quracağımızın xeyli çətin olacağından xəbər verir. Neft hasilatının azalması və qiymətinin aşağı düşməsi fonunda biz ilkin mərhələdə Türkiyə ilə ümumi bazar yaradılması istiqamətində addımlar atmalı, dövlət müəssiələrini özəlləşdirməli,investisiya cəlbi üçün mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırmalıyıq.

- Axı, Türkiyə Avropa İttifaqına üzv olmaq istəyir...

- Bu arzu olaraq qalacaq. 85 milyonluq, şərqli mentalitetinə, adət-ənənələrinə malik, müsəlman ölkəsi olan Türkiyəni heç kim xristian klubu - Avropa Birliyinə qəbul etməyəcək və bu başadüşüləndir. 7-10 milyonluq bir ölkə olsaydı bəlkə də qəbul edərdilər. Əminəm ki,Türkiyədə də bunu bilirlər və ora çox da can atmırlar. Əgər əksi olsaydı çoxdan heç nəyə baxmayıb üzvlüklə bağlı bütün şərtləri qəbul edib, icra edərdilər. Sadəcə müəyyən məqsədlər naminə hər dəfə üzv olmaq istədiklərini xatırladırlar. Avropa Birliyinin çox böyümsi onun effektivliyini azaldacaq və dağılmasını labüd edəcək. Böyük Britaniya ordan elə-belə qaçmadı.
Amma Avropa Birliyi ilə yanaşı Avropa ilə Asiya arasında yeni bir Avrasiya İttifaqı da yaransa bu iqtisadi rəqabətə, dünyada sülhə töhfə vermiş olacaq. Çünki bizlər nə tam avropalı deyilik, nə də tam asiyalı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Yanvar 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri