Icma.az
close
up
RU
Rusiya bir partlayışla minlərlə peyki məhv edə bilər ABŞ nəyə hazırlaşır?

Rusiya bir partlayışla minlərlə peyki məhv edə bilər ABŞ nəyə hazırlaşır?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kosmosda Rusiya tərəfindən nüvə silahının yerləşdirilməsi ehtimalı ilə bağlı artan narahatlıqlar ABŞ və onun müttəfiqlərini peyk müdafiə sistemlərinin hazırlanmasını sürətləndirməyə və orbitdə mümkün münaqişəyə hazırlaşmağa vadar edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” yazır.

Kosmik təhlükəsizlik üzrə ekspert, "Secure World Foundation”dan Viktoriya Samson bildirib ki, Rusiya tərəfindən anti-peyk sistemlərinin modernləşdirilməsinə dair getdikcə daha çox əlamət müşahidə olunur.

Kosmosda nüvə təhlükəsi

Xüsusi narahatlıq doğuran məsələ Rusiyanın "Nudol” sistemidir. Bu sistemin nüvə başlığı ilə istifadəyə uyğunlaşdırıla biləcəyi qeyd olunur. Aşağı Yer orbitində baş verə biləcək nüvə partlayışı güclü elektromaqnit impuls yaradaraq böyük sayda peyki sıradan çıxara bilər.

Mütəxəssislərin qiymətləndirməsinə görə, belə bir partlayış təkcə orbit infrastrukturunu sıradan çıxarmaqla kifayətlənməyib, həm də kosmik stansiya ekipajları üçün ölümcül risk yarada bilər.

Qərbin reaksiyası

Ağ Ev bu cür inkişafları yüksək səviyyəli təhlükə kimi qiymətləndirdikdən sonra ABŞ Müdafiə Nazirliyi cavab tədbirlərini gücləndirib. Məsələn, mövcud raketdən müdafiə sistemlərinin, o cümlədən "Aegis” kompleksinin düşmən peyklərinə qarşı adaptasiya edilməsi müzakirə olunur.

Bundan əlavə, ABŞ "Qızıl günbəz” adlı genişmiqyaslı raketdən müdafiə layihəsi üzərində işləyir. Bu sistemin orbitdə yerləşdiriləcək ələkeçirici vasitələr vasitəsilə raketləri hələ uçuş mərhələsində zərərsizləşdirməsi nəzərdə tutulur.

Ekspertlərin hesablamalarına görə, belə bir sistemin yaradılması yüz milyardlarla, hətta iki onillik ərzində trilyonlarla dollara başa gələ bilər.

Analitiklər xəbərdarlıq edirlər ki, kosmik müdafiə sistemlərinin yerləşdirilməsi yeni silahlanma yarışını gücləndirə və orbit mühitini daha da həssas hala gətirə bilər.

Peyklər və rabitə risk altında

Potensial hədəflər arasında peyk şəbəkələri, o cümlədən SpaceX şirkətinin "Starlink” sistemi də göstərilir. Bu sistem Ukrayna daxil olmaqla bir sıra regionlarda rabitəni təmin edir.

Kosmosda baş verəcək tək nüvə partlayışı belə minlərlə peyki sıradan çıxara və qlobal rabitəni iflic edə bilər.

Bu fonda Vaşinqtonda daha sərt cavab ssenariləri də istisna edilmir — raket buraxılışlarının qarşısının alınmasından tutmuş, infrastruktur obyektlərinə preventiv zərbələrə qədər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Aprel 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri