Icma.az
close
up
RU
Rusiya Britaniya diplomatının akkreditasiyasını ləğv edib

Rusiya Britaniya diplomatının akkreditasiyasını ləğv edib

Böyük Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşı Rusiya Federasiyasına daxil olarkən yalan məlumat verdiyinə görə akkreditasiyadan məhrum edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Uliks Edavard Prayor adlı brinatiyalı diplomatın işində kəşfiyyat fəaliyyətinin əlamətlərini üzə çıxıb.

"Böyük Britaniya səfirliyinin siyasi şöbəsinin ikinci katibi Prayor Rusiyanın təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat işləri aparıb. Bununla əlaqədar onun akkreditasiyasının ləğvi ilə bağlı qərar qəbul edilib və ona iki həftə ərzində Rusiyanı tərk etmək göstərişi verilib", - deyə məlumatda qeyd olunub.

Federal Təhlükəsizlik Xidmətindən, həmçinin bildirilib ki, Rusiya Federasiyasından qovulmuş britaniyalı diplomat Uilks Prayor Moskvada avqust ayında ölkədən qovulan 6 Britaniya kəşfiyyatçısını əvəz edib.

seeBaxış sayı:57
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri