Icma.az
close
up
RU
Rusiya bu cinayətə görə cavab verməlidir Fazil Mustafa

Rusiya bu cinayətə görə cavab verməlidir Fazil Mustafa

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu təsdiqlənsə də, Rusiya tərəfi hələ də bu hadisəyə görə məsuliyyəti üzərinə götürmür. Əksinə, təyyarəmizi vurduqları, günahsız insanların ölümünə səbəb olduqları az deyil, üstəlik Rusiya mediası və Dövlət Dumasının tezislə danışan deputatları anti-Azərbaycan fəaliyyətinə başlayıblar. Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyev kimilər azərbaycanlıların Rusiyadan qovulması təklifi ilə çıxış edirlər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, Rusiya məsuliyyətini qəbul edərək, günahkarları cəzalandırmalı və kompensasiya ödəməlidir. Onun sözlərinə görə, çox ciddi bir cinayət hadisəsi baş verib və bu hadisənin də detallarına qədər araşdırılması həm Rusiya üçün, həm də Azərbaycan üçün önəmlidir:

"Çünki Rusiya öz imicini, prestijini qorumaq üçün bu addımı mütləq atmalıdır. Bütün məsuliyyətli, günahkar şəxslərin cəzalandırılmasını təmin etməlidir və kompensasiya ödəməlidir. Azərbaycanın tələbi budur. Günahsız insanlar heç bir əsas olmadan öldürülüblər və sərnişinə qarşı belə bir cinayətin törədilməsi yolverilməzdir. Amma digər tərəfdən də Rusiyanın hər hansı bir şəkildə Azərbaycana bu mövzu ilə bağlı irad bildirməsi üçün də heç bir əsas yoxdur. Yəqin ki, məsələ ətrafında müzakirələr müəyyən mənada pozitiv bir sonluqla nəticələnir. Amma konkret cinayət əməlinə görə mütləq cavab verilməlidir və bu istiqamətdə konkret işlər görülməlidir. Ona görə də bu məsələ ilə bağlı hər hansı bir şəkildə məsuliyyətdən yayınmaq mümkün deyil".

Fazil Mustafa Azərbaycanın gərginlik istəmədiyini, lakin lazım olarsa, məsələyə ciddi yanaşılmasının vacib olduğunu vurğuladı.

"Azərbaycan yenə də Rusiya ilə qonşuluq münasibətlərini normal saxlamağa maraqlı ölkədir. Amma hər hansı bir şəkildə bu dostluğa, müttəfiqliyə yaraşmayan hansısa bir addım varsa, əhəmiyyət vermədən keçmək mümkün deyil. Hər halda indiki Rusiya hakimiyyəti bu məsələdə bir mövqe ortaya qoyub, Azərbaycanı narahat edən məsələlərlə bağlı bu proseslərə aydınlıq gətirməlidir. Hər halda biz gərginləşmənin tərəfdarı deyilik. Çünki bütün qonşularla normal münasibətlər saxlamağa maraqlıyıq, o cümlədən Rusiya ilə. Amma elə faktlar, elə hadisələr olur ki, orada artıq müəyyən dərəcədə bu hüquq pozuntusunun olması, çox ciddi, narahatedici məsələlərdir. Rusiya mühitində bunu qızışdırıcı çıxışlarla sanki daha da dərinləşdirmək, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsini istəyirlər. Amma bu da faydasızdır. Biz, yəni daha çox həqiqətin üzə çıxmasının tərəfdarıyıq və bu baxımdan da məsələlər bu kontekstdə müzakirə olunmalıdır", - deyə komitə sədri bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see218

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see171

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see158

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see144

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see137

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see137

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see131

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see130

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see129

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see126

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see125

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see125

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see125

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see124

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see122

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see119

Ərdoğan ABŞ yə çağırış etdi

02 Sentyabr 2025 19:26see119

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri