Icma.az
close
up
RU
“Rusiya bu cür davranırsa, biz niyə eyni addımı atmayaq?" ŞƏRH

“Rusiya bu cür davranırsa, biz niyə eyni addımı atmayaq?" ŞƏRH

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilib. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu müddət 1 il ərzində 180 gündən 90 günə endirilib.

Ekspertlər hesab edirlər ki, bu dəyişikliklər təsadüfi deyil və iki ölkə münasibətlərinin real durumundan irəli gəlir. Onların fikrincə, xüsusən də bu məsələdə son təyyarə qəzası ilə əlaqədar Rusiyanın bir sıra rəsmi dairələrinin nümayiş etdirdiyi obyektivlikdən uzaq və qeyri-dost mövqe ciddi rol oynayıb. Eyni zamanda Azərbaycanın bu addımı Rusiyanın son vaxtlar miqrantlarla bağlı qəbul etdiyi qərarlara cavab reaksiyası kimi dəyərləndirilə bilər.

Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Azərbaycanda miqrasiya qaydalarına dəyişikliyi doğuran səbəb Rusiyanın atdığı analoji addımlarla bağlıdır:

"Bizim digər ölkələrlə qarşılıqlı miqrasiya siyasətimiz belədir ki, onlar adətən nə tətbiq edirsə, biz də ona uyğun adekvat addımlar atırıq. Əvvəl Rusiyada bizim vətəndaşların qalma müddəti daha çox idi. Sonra onlar dəyişiklik edib miqrasiya qanunvericiliyini sərtləşdirdi. Bizim də tədbirimiz ona adekvatdır".

Ancaq S.Məmmədov hesab edir ki, miqrasiya qaydalarına edilən dəyişiklikdən bizim soydaşlarımız da əziyyət çəkəcək:

"Çünki Azərbaycana gəlib-gedən Rusiya vətəndaşlarının əhəmiyyətli hissəsi bizim həmvətənlərdir. Onlar Azərbaycanda yaşayıblar, burada yaxınları, qohumları var. Sonradan oraya gedib vətəndaşlıq alıblar. Onlar üçün bir qədər çətin olacaq. Hər halda Rusiya qanunvericiliyinə dəyişiklik edildiyi üçün Azərbaycan tərəfi də adekvat addım atdı".

REAL Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, bu Rusiya eyni qaydanı bütün xarici vətəndaşlara, eyni zamanda azərbaycalılara qarşı tətbiq edib, Azərbaycan tərəfi də haqlı olaraq güzgü effekti ilə eyni qaydaları Rusiya vətəndaşlarına tətbiq etdi:

“Çox doğru qərardır. Çünki Rusiya Azərbaycan vətəndaşlarına bu cür münasibət göstərirsə, biz niyə daha artığını etməyək? Son hadisələr fonunda bu, çox doğru və yerində atılmış addımdır”.

Sevinc,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Dekabr 2024 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri