Rusiya bu əraziləri işğal edəcək, Tramp da dəstək verəcək
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya özünə birləşdirdiyi Ukraynanın 4 regionunu tam işğal etməyənə qədər müharibə böyük ehtimalla davam edəcək.
Axar.az xəbər verir ki, bu sözləri ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyev Ukraynada sülh təşəbbüslərinə münasibət bildirərkən deyib.
Onun fikrincə, bu işdə Tramp ona lazımi dəstəyi verəcək:
“Amma bu elə formada həyata keçiriləcək ki, Tramp vəzifəsini qoruya və gələcəkdə hakimiyyəti varisinə ötürə bilsin. Başqaları kimi Ukrayna da ABŞ-la dostluğun ağır fəsadlarını yaşayacaq. Putin artıq təkcə Ukraynanı yox, NATO-nu da məğlub etməyin mümkünlüyünü görür. Ona görə də müharibəni indiki mərhələdə dayandırmayacaq, dəyərlər böhranı yaşayan, xəyanətə meyilli kollektiv Qərbi diz çökdürəcək. Tramp ABŞ-ın rəqiblərindən çox, özünün siyasi rəqiblərinə nifrət edir, onlardan qisas almaq istəyir. Putin Trampdan Rusiyanın rəqiblərinə qarşı bütün istiqamətlərdə məharətlə istifadə edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















