Icma.az
close
up
RU
“Rusiya işğal etdiyi əraziləri sahiblənmək istəyir” DEPUTAT

“Rusiya işğal etdiyi əraziləri sahiblənmək istəyir” DEPUTAT

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Ukrayna ilə Rusiya arasında davam edən münaqişə Rusiyaya əlavə ərazilər üzərində nəzarət qurmaq üçün yeni imkanlar yaradır. Hazırkı resursları və arxa cəbhədən aldığı dəstək Rusiya üçün bu müharibəni hələ uzun müddət davam etdirməyə şərait yaradır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib:

“Müttəfiq ölkələr də zaman-zaman canlı qüvvə göndərməklə Moskvanın hərbi potensialını gücləndirirlər.

Digər tərəfdən, Ukraynanın tərəfdaşları kifayət qədər qətiyyət göstərmir və ona real, təsirli dəstək verməyə istəksiz davranırlar. Bu vəziyyət, Ukrayna Silahlı Qüvvələrində motivasiyanın azalmasına, döyüş ruhunun sarsılmasına səbəb olur. Ötən il fərarilik halları üzrə 100 minə yaxın cinayət işi başlanmışdısa, cari ilin ilk səkkiz ayında bu rəqəm 107 minə çatıb. Müharibənin ilk mərhələsində həyatını itirənlər əsasən vətənpərvər və döyüşkən hərbçilər olub.

Rusiya ordusu işğal etdiyi ərazilərə daha çox sahiblənmək istəyindədir, nəinki Ukrayna ordusu onları qorumağa. Ukrayna tərəfi partizan taktikasına geniş şəkildə müraciət etmir, düşmənin arxa cəbhəsində kiçik qruplarla əməliyyatlar nadir hallarda həyata keçirilir. Düşmənin tam səfərbərlik potensialını pozmaq üçün güclü əks hücumlar təşkil olunmur. Daha çox mövqe müdafiəsi ilə kifayətlənirlər və hava zərbələri nəticəsində ciddi itkilər verirlər”.

Deputatın sözlərinə görə, vəziyyəti Moskva yaxından izləyir və mövcud şəraitdən istifadə edərək müharibəni uzatmaq niyyətindədir:

“Rusiya yaxşı anlayır ki, Budapeşt Memorandumu ilə Ukraynanın ərazi bütövlüyünü təmin etməyə razılıq vermiş beynəlxalq güclər artıq işğalla barışmaq meyli göstərir və Kiyevi torpaq güzəştlərinə təhrik edirlər”.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri