Icma.az
close
up
RU
Rusiya bu gedişlə NATO nu parçalamaq istəyir ŞƏRH

Rusiya bu gedişlə NATO nu parçalamaq istəyir ŞƏRH

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllinə çox yaxındırlar.

Həqiqətənmi münaqişənin həlli yaxındır?

Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Amerika Prezidenti Donald Tramp bu yöndə optimist və pozitiv açıqlamalarını hələ prezident olmamışdan öncə, seçki yarışında da bəyan etmişdi:

"Bildirirdi ki, 24 saat ərzində bu müharibəni bitirəcəyəm. O gündən bu günə artıq bu cür açıqlamaların sayı itib. Yəni hər dəfə bir növ ciddi diplomatik danışıqlar və sülh prosesi görüntüsü yaratmaq xatirinə bu cür pozitiv açıqlamalar edilirdi. Xüsusilə də Nobel sülh mükafatına namizəd məsələsi ilə bağlı Nobel komissiyasında qərar verilməmişdən öncə bu cür bəyanatlar daha çox buna hesablanırdı. Ancaq sonradan bir az bu məsələlər səngidi və hətta Rusiya Prezidenti Vladimir Putinlə bağlı çox məyus olduğunu dəfələrlə bəyan etdi. Bir-birini təkzib edən ziddiyyətli açıqlamalar vermək Donald Trampın özəl xüsusiyyətidir.

Donald Tramp bundan öncəki danışıqlarda, xüsusilə Alyaskada baş tutan görüşdən sonra Ukraynanın maraqlarını ifadə etməyən, bilavasitə Rusiyanın maraqlarını tamamilə ifadə edən bir plan layihəsi ortalığa qoymuşdu və Ukraynaya təzyiqlər olunurdu. Sonradan Avropa, eyni zamanda ABŞ-də olan Ukrayna və Avropa lobbiləri, o cümlədən Konqresdə - istər Nümayəndələr Palatası, istər Senatdakı siyasi elita Trampa təzyiq etdilər və nəticə etibarilə Tramp yenidən o fikrə qayıtdı ki, ərazi məsələsində hər hansı bir güzəştdən söhbət getməyəcək. Mövcud hərbi toqquşma vəziyyətində kim hardadırsa, orada da dayanacaq və atəşkəs məhz bu xətt üzrə müəyyənləşəcək".

Müsahibimiz qeyd etdi ki, o gündən bu günə o qədər də böyük zaman keçməyib:

"Ancaq təəssüf ki, Trampın administrasiyasının 28 müddəalıq təqdim etdiyi bu sülh mətnində Donbasın işğal olunmayan ərazilərinin Rusiyaya verilməsi yenidən təklif edilir. Ona görə də bu cür bir-birini təkzib edən ziddiyyətli açıqlamalar və mövqe dəyişikliyi müharibənin tezliklə bitməsi və sülhün bərqərar olması proqnozunu çətinləşdirir.

Ukrayna bəyan etdi ki, 28 müddəalıq bu mətn artıq 19-a endirilib və strateji məsələlərdə Ukrayna dövlətinin suverenliyi qorunub, təhlükəsizlik maraqları nəzərə alınıb. Ancaq dünən Donald Tramp bəyan etdi ki, bu, 28-dən 22-yə endirilib. Burada da artıq görürsünüz ki, üç müddəa məsələsi var. Ortada çox böyük bir ziddiyyət var. Ona görə də müharibənin tezliklə bitməsi fikri o qədər də inandırıcı görünmür.

Məsələnin bir də Rusiya tərəfi var. Vladimir Putin həqiqətənmi atəşkəsi təmin etməklə sülh prosesini başlatmaq və yekun sülh müqaviləsini məhz Prezident Zelenski ilə imzalamaq istəyir? Buna inanmaq olarmı? Şəxsən mən inanmıram. Vladimir Putin imzalamaq istədiyi sənəd yalnız Donald Trampla birlikdə imza atdığı sənəddir. O bunu istəyir. Donald Trampla konkret əməkdaşlıq, münasibətlərin tənzimlənməsi, birgə iqtisadi əməkdaşlıq və investisiya məsələsində belə bir strateji sənəd imzalamaq istəyir. ABŞ-Rusiya münasibətlərini tənzimləmək istəyir".

Natiq Mirinin sözlərinə görə, Rusiya Ukrayna ilə ABŞ arasında münasibətləri tamamilə korlamaqla ABŞ-nin Ukraynaya silah yardımını dayandırmaq, o cümlədən kəşfiyyat məlumatlarını tamamilə ləğv etmək istəyindədir:

"ABŞ-nin Rusiya-Ukrayna müharibəsindən birdəfəlik kənarlaşmasını istəyir. Sadəcə, ABŞ Ukrayna ilə deyil, həm də Ukraynanı öz təhlükəsizliyi naminə dəstəkləyən Avropa Birliyi ilə arasında problemlər və fikir ayrılıqları yaratmaq istəyir. Yəni ABŞ-Avropa Birliyi arasında yaranacaq gərginlik nəticə etibarilə NATO-da parçalanmaq deməkdir. Rusiyanın əsas niyyəti budur.

Ona görə də indiki vəziyyətdə Rusiyanın maraqlarını ifadə edən 28 müddəalıq sülh sənədi Ukraynanın maraqlarını nəzərə alan bir sənədə çevrilirsə, bu sənədin Rusiya tərəfindən birmənalı qəbul olunacağını gözləmək sadəlövhlükdür. Həm də Rusiyanın strateji istəklərinə nail ola bilmir. O cümlədən Donbasın 9000 kvadrat kilometr ərazisini də bir güllə atmadan təhvil vermək istəyinə nail ola bilmir.

Ona görə mən NATO baş katibinin "ilin sonuna qədər müharibə bitə bilər" açıqlamasını ciddi qəbul etmirəm. Ola bilsin, müharibə 2026-cı ildə, hətta yay ayına qədər davam etsin. Ancaq indiki vəziyyətdə dərhal müharibənin dayanmasını mən gözləmirəm. Rusiyanın son günlərdə aqressivləşməsi, paytaxt Kiyevin ballistik raketlərlə və kamikadze dronlarla intensiv vurulması, xüsusilə də yaşayış məskənlərinin hədəf alınması, mülki şəxslərin məhv edilməsi, bu, Rusiyanın qəzəbindən irəli gələn məsələlərdir. Bu qəzəb müharibənin yaxın zamanda bitəcəyini qətiyyən göstərmir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri