Icma.az
close
up
RU
Tramp Rusiya Çin ittifaqını parçalamaq istəyir KİV

Tramp Rusiya Çin ittifaqını parçalamaq istəyir KİV

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Donald Tramp ABŞ-ın əsas təhlükə kimi gördüyü Moskva-Pekin alyansını zəiflətmək üçün Vladimir Putinlə yaxınlaşmağa çalışır.

Bakupost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr qeyd edir ki, Vaşinqton Ukraynada müharibə başlayandan Rusiyanın getdikcə Çindən asılılığının artmasından narahatdır. Belə ki, onların ittifaqı ikili fövqəldövlətə çevrilir və buna qarşı hətta ABŞ da gücsüzdür.

ABŞ ümid edir ki, Ukraynadakı müharibənin tezliklə başa çatması Rusiyanın Çin, İran və Şimali Koreya ilə əlaqələrini zəiflədəcək. Bu ölkələr artıq Moskvaya silah, pilotsuz təyyarələr və raketlər ötürür, Pxenyan isə hətta hərbi personal göndərir.

ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Vaşinqton Rusiyanı Qərblə tərəfdaşlığa qaytarmaq istəyir, çünki “Moskva ilə geosiyasi əməkdaşlıq inanılmaz imkanlar aça bilər”.

Lakin ekspertlər bu planın uğuruna şübhə ilə yanaşırlar. Almaniyanın ABŞ-dakı keçmiş səfiri Volfqanq İşinqer hesab edir ki, Çin və Rusiya arasında fikir ayrılığının olması ehtimalı azdır.

“Çin təsirini artırır və heç kim Trampdan sonra ABŞ-ın gələcək prezidentinin hansı siyasəti seçəcəyini bilmir. Putin boş vədlərə inanmayacaq”, - o, Bild-ə müsahibəsində deyib.

Üstəlik, Çin və Rusiya özləri də ABŞ və Avropanın parçalanmasında maraqlıdırlar. Çin eksperti Yohannes Folkmann fikrincə, Pekin və Moskva ABŞ-ın qlobal liderliyini təhdid edəcək transatlantik alyansı zəiflətməyə ümid edirlər.

“Məhdud hərbi və siyasi imkanları olan avropalılar Pekində sadəcə olaraq ciddi qəbul edilmir”,- o izah edib.


Zaur,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Mart 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri